Gündəm, Siyasət, Ölkə
22 dekabr 2022
288

MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN AD GÜNÜNÜZ MÜBARƏK!

MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN AD GÜNÜNÜZ MÜBARƏK!
Azərbaycan 30 ildən sonra həm Qarabağı işğaldan azad etdi, həm də Qarabağa getdi, Qarabağa qayıtdı, Qarabağa sahibləndi. Bir daha onun olduğunu və bir daha bundan sonra kimsənin ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi. Gedişin, qayıdışın, dirçəlişin mübarək, Cəbrayılım, Füzulim, Xudafərinim, Qarabağım, 86,6 min kvadrat kilometrlik Azərbaycanım! Gözün aydın Qarabağ, gözün aydın, Vətən! Bu günləri də gördün, bu günləri də gördük, bu günləri də yaşadıq, bu günləri də yaşatdılar... Bunu bizə yaşadanlar - Ali Baş Komandan və onun şanlı, rəşadətli Ordusu var olsun, min yaşasınlar! 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möh-təşəmliyinin dünən davamı - növbəti əzəməti, qüruru yaşandı. Azərbaycan qalib kimi qayıtdı Qarabağına, Füzulisinə, Cəbrayılına, Xudafərininə!
27 sentyabrda başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın böyük bir hissəsini hərb yolu ilə işğaldan azad etdi və düşmənə çox ağır zərbələr vurmaqla Ermənistanı təslim olmağa məcbur etdi. Şanlı Ordumuz tərəfindən Ermənistanın məğlub edilməsi və qələbənin təmin olunması dünya ictimaiyyətinə Azərbaycan xalqının haqq səsinin çatdırılmasına, əsrlər boyu davam edən erməni yalanlarının ifşasına və ən vacibi də ölkəmizin vətənpərvər-liyinin, qələbə əzminin və xalq-iqtidar birliyinin nümayiş olunmasına gətirib-çıxardı.
“Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir.
Nəhayət Şanlı Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müha-ribəsində möhtəşəm Qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edərək ən yeni tarix yazdı. Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən mü-haribəsində Qələbəyə həsr olunmuş Zəfər paradı isə qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının qürur və iftixar mənbəyinə çevrildi. Çünki, bu, həm öz torpaqlarını işğaldan azad edən yenilməz dövlətin qüdrətinin, həm də xalqımızın böyük mübarizə əzminin bütün dünyaya nümayiş etdirilməsi idi. Bu, eyni zamanda, müzəffər Azərbaycan Ordusunun gücünü bir daha düşmənə, onun havadarlarına – ermənipərəst dairələrə göstərdi.
Biz əminik ki, qüdrətli, yenilməz, ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağını ucaldan Azərbaycan dövləti bu tarixi qələbədən sonra daha da qüdrətlənəcək, inkişaf edəcək.
Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev! Sizi ad gününüz münasibətilə də təbrik edirəm. Xalqımız sizin ətrafınızda sıx birləşərək, daha böyük gələcəyə, xoş sabahlara qovuşacaq.

Məmməd Əliyev
Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi