Gündəm, Cəmiyyət
01 iyul 2020
330
Əsgərliyə yolasalma başladı
Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamın icrasına başlanılıb.
Sənədə əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar.
Bu gündən etibarən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçıları mövcud vəziyyətlə əlaqədar nizam-intizamlı olmağa çağırıb.
Daha çox xəbər:
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib — SON DƏQİQƏ
Siyasətİlham Əliyev hərbi hissənin açılışında
Gündəm, Siyasət419 nəfər hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq
CəmiyyətƏsgərliyə gedəcək şəxslər 1 iyula qədər ... — ƏTRAFLI
CəmiyyətPrezident hərbi xidmətə çağırış haqqında sərəncam imzaladı
Cəmiyyət