Gündəm, Dünya, Cəmiyyət
01 mart 2023
658
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin Türkiyə Respublikası üzrə nümayəndəlik sədri Natəvan Şadlinskaya təşkilat adından Türkiyədə baş verən zəlzələ nəticəsində əzizlərini və evlərini itirən ailələrə ərzaq sovqatları çatdırıb. Təşkilat adından keçirilən yardım aksiyasında şəhid anaları Əsgərova Tərlan və Biləndərli Çiçək iştirak ediblər. Bundan əlavə Birliyin rəsmi təmsilçisi Natəvan Şadliniskaya Xeyriyyəçi iş adamı "Palmali Holding"in prezidenti Mübariz Mənsimovla görüşüb.
“Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı helikopterin qəzaya uğraması nəticəsində şəhid olan pilot Xəyyam Əliyevin adını daşıyan gəmi dünya sularına yola salınıb. “Palmali Holding” tərəfindən təşkil olunan mərasim Türkiyənin Yalova şəhərindəki Boğaziçi tərsanəsində baş tutub. Mərasimində iştirak edən Natəvan Şadlinskaya həm öz adından və həm də Birlik sədri Yasəmən Qəyyumlunun adından Mübariz Mənsimova və əməyi keçən hər kəsə təşəkkür edib . Şəhidin adını daşıyan Gəminin dünya sularına yola salınma mərasimində “Palmali Holding”in prezidenti, xeyriyyəçi Mübariz Mənsimovun dəvəti ilə Türkiyəyə dəvət olunmuş Xəyyam Əliyevin ailə üzvləri, şəhid ailələri, Türkiyəli iş adamları, media mənsubları iştirak ediblər.
Fərid Səfərov
Birliyin mətbuat katibi
Daha çox xəbər:
QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun a ...
Gündəm, CəmiyyətQHT rəhbəri və idarə heyəti Ümid yeri uşaq sığınacağında yaşayan uşaqlara b ...
Gündəm, CəmiyyətQayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbb ...
Gündəm, Cəmiyyət"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin " ...
Gündəm, Cəmiyyət, Ölkə"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi "Böy ...
Gündəm, Cəmiyyət, Ölkə