Gündəm, Cəmiyyət, Ölkə
19 mart 2023
443
Novruz bayramı Azərbaycan xalqının mənəviyyatını və onun uzaq keçmişdən varlığını əks etdirir

Təsüdüfi deyil ki, Ümummilli liderdən müsahibə alan bir jurnalistin "Sevdiyiniz bayram hansıdır ?" - sualına Heydər Əliyev "Novruz !" demişdi. Novruz şənliklərində Heydər Əliyev şəxsən özü əhali ilə bayramlaşmağa çıxar, insanları bayram münasibətilə təbrik edər, yumurta döyüşdürər, öz xeyir-duaları ilə hər kəsdə xoş ovqat yaradardı. Heydər Əliyev azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. O, bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Novruz bayramının mənəviyyatımızdakı rolunu səciyyələndirən Heydər Əliyev demişdir: "Bu bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır".
Tovuz Dövlət Sosial-İqtisad Kollecin direktoru Rizvan Qəmbərov
Çox hörmətli Rizvan müəllim!
Sizi, ailənizi, yaxınlarınızı və Tovuz rayonunun bütün zəhmətkeş əhalisini təbiətin oyanış rəmzinə çevrilmiş bayramlarla zəngin olan mart günlərində qarşıdan gələn Novruz-bahar bayramı münasibətilə ürəkdən təbrik edir,Vətənimizə qədəm basmaqda olan bu baharın həyatınıza sevinc, evinizə ruzi –bərəkət, dünyamıza sülh-əminamanlıq gətirməsini arzulayıram. Qoy bu Novruz bayramında xalqımızın üzünə açılan səhərlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xoş müjdələr, sevincli günlər gətirsin.
Bahar ətirli Novruz bayramınız mübarək!
Dilşad Əhmədova
Baş redaktor

Daha çox xəbər:

Şirvan ŞPŞ-nin rəisi Hikmət Quliyevin Azərbaycan xalqına təbriki
Gündəm, Cəmiyyət, Ölkə, Sosial
Prezident xalqı təbrik etdi
Gündəm, Siyasət
Könül xanım Kərimova: Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat ...
ÖlkəƏhməd Əhmədzadə: Yaz bayramı tükənməz yeniləşdirici gücü sayəsində ən çətin ...
Sosial
Rafael Mehrəliyev: Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edi ...
Cəmiyyət