Gündəm, Ölkə, Bölgə
27 aprel 2023
295

ŞƏFALI ƏLLƏR, XEYİRXAHLIQ NÜMUNƏSİ VƏ MÜDRİKLİK ZİRVƏSİNDƏ

ŞƏFALI ƏLLƏR, XEYİRXAHLIQ NÜMUNƏSİ VƏ MÜDRİKLİK ZİRVƏSİNDƏ
Bu gün söhbət açacağımız insan sıradan bir şəxs deyil. Yüzlərlə, bəlkə də minlərlə xəstələri müayinə və müalicə edib normal həyata qaytaran, vətənpərvər həkim Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılovdur. Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən həkim Natiq İsmayılov üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Natiq həkim həyata eşqi yaşadan xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.
Bu günədək həkim kimi fəaliyyət göstərən Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılov ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. “Bütün sağlam adamlar həyatı sevərlər” söyləyən Natiq həkim yaxşı bilir ki, xəstələrin qəlbini sevindirməyin, darda qalanların ehtiyacını ödəməyin ən yaxşı mükafatı həmin şəxsin sevincini birlikdə yaşamaqdır. Elə bu məqsəd naminə xəstələrinə xidmət göstərib: “İki şeyin qiyməti itirəndən sonra bilinir: cavanlığın və sağlamlığın” hikmətini dəfələrə sınaqdan çıxaran doktor Natiq İsmayılov bildirir ki, insanı həyata bağlayan da elə cavanlıq və hansı yaşda olmasından asılı olmayaraq ən qiymətli nemət sağlamlıqdır.
Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılov – Şəfalı əlləri ilə yuzlərlə insanı həyata qaytarıb, onları sağaldaraq xalqın sevimli loğmanı kimi ona üz tutanlara yardım edib, dərdlərinə şərik olub, sevinclərini bölüşüb. Natiq həkimə bundan sonra da uğurlar , cansağlığı arzulayırıq. Ona “Şəfalı əllər” qədər”, əsrə bərabər yaşam sevinci diləyirik.
Onu da xüsusilə qeyd etmək istəyirik ki, Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılov şəhid ailələri, qazilərə və kimsəszilərə təmənnasız olaraq xidmət edir. Dövlət əhəmiyyətli tədbir və xeyriyyə aksiyalarında yaxından iştirak edir və əlindən gələn köməklikləri göstərir.

Dilşad Əhmədova
Baş redaktor