Gündəm, Cəmiyyət, Ölkə
22 may 2023
136

Qobustan rayonu Xilmilli kənd Bələdiyyəsinin sədri Namiq Mirzəyev

Qobustan rayonu Xilmilli kənd Bələdiyyəsinin sədri Namiq Mirzəyev
Qobustan Rayon Xilmilli kənd Bələdiyyəsi Öz İşini Günün Tələbləri Səviyyəsində Qurur
Tarixən xalqını,millətini sevən insanlar öz xeyirxah işləri ilə xalqın ürəyində yurd salıb, heykəlləşiblər. Millətinə  pərəstiş edənlər millət üçün nələr etməyiblər?! Yol çəkdirib, su vurdurub, körpü saldırıb, elin-obanın yaxşı yaşaması üçün əllərindən gələni  əsirgəməyiblər.Vətənlə bağlı bu fikir, bu el deyimi gəldi, düşdü yadıma:
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim!
Bu fikirlə razılşmaq üçün vətən naminə uğurlu addımlar atmalı, vətənin şərəfli oğulları xalqın gözündə ucalmağı bacarmalıdır. Yazımın əsas qəhrəmanı Namiq Mirzəyev də belə vətən  oğullarındandır. Namiq Mirzəyev Qobustan Rayon Xilmilli bələdiyyəsinin sədri vəzifəsində işləyir. Fəaliyyətə başladığı gündən hazırkı günə qədər insanlarla xoş ünsiyyət quran Namiq müəllim bələdiyyədə fəaliyyət göstərən hər bir işçilərlə bərabər ərazidə yaşayan hər kəsin hörmət və nüfuzunu qazanıb. İşində məsuliyyətli olan, hər zaman öhdəsinə düşən işləri layiqincə yerinə yetirən Namiq Mirzəyev öz iş funksiyasını dərindən bilən rəhbərlərdəndir, desəm, yanılmaram. Həmçinin, bir  bələdiyyə sədri kimi şəhər əhalisinin xeyir-şərində daima iştirak edir və əlindən gələn köməyini əsirgəmir. Elə bu səbəbdəndir ki, bu gün hər kəsin böyük inamını və sevgisini qazanıb. Hörmətli Prezidentimiz İlham Əliyev cənabları “Regionların sosial-iqtisadi inkişaf  proqramı” Qobustan şəhər İcra Hakimiyyəti tərəfindən çox yüksək səviyyədə həyata keçirilir. Gördüyümüz kimi, Qobustan rayonu günü-gündən inkişaf edir. Və danılmaz həqiqətdir ki, Qobustan rayonunun zəhmətkeş əhalisi firavan  həyat sürür. Qobustan rayon sakinləri dövlətimizdən-dövlətçiliyimizdən, onun rəhbərindən olduqca razıdırlar. Öz işini günün tələbləri səviyyəsində quran Qobustan rayon Xilmilli kənd bələdiyyəsinin sədri Namiq Mirzəyevə müstəqil Azərbaycanımızın yüksəlişi naminə fəaliyyətində daha böyük töhfələr bəxş etməyi arzulayır, işlərində müvəffəqiyyətlər diləyirik.
P.S. Biz də Xeberim.info saytı olaraq öz işinin öhdəsindən layiqlə gələn,fəaliyyətə başladığı gündən bu günə qədər sakinlərin etimadını doğruldan Namiq Mirzəyevin gördüyü işləri alqışlayır, çətin və gərəkli işində müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə: Dilşad Əhmədova