Gündəm, Ölkə, Bölgə
22 may 2023
322

Peşəkarlıq və ya şəfalı əllər sahibi

Peşəkarlıq və ya şəfalı əllər sahibi
Ağdam Rayonlararası Ruhi Əsəb Dispanserinə baş çəkib. Dispanserin direktoru Dr. Emin Süleymanov
Bu günlərdə yolum Ağdam Rayonlararası Ruhi Əsəb Dispanserinə düşmüşdü. Əslində fikrimdə Ruhi Əsəb Dispanserinə getmək deyildi, yaxınlığından keçirdim, peşəm jurnalistika olduğu üçün içəri daxil olub hər şeyi öz gözlərimlə görmək istədim. İçəri daxil olub-olmaz Xəstəxana personalının səmimiyyəti, mehriban münasibəti məni sevindirdi. Xəstəxanada çalışan personajla qısa ayaqüstü bir söhbət etdik. Buarada çalışan işçilərin dediklərindən:
-Qədimdən həkim andı kimi məlum olan "Hippokrat andı" bu gün də biz həkimlərin müqəddəs andı sayılır. And 9 etik prinsip və öhdəliyi özündə əks etdirir. Həkim, sənətinizin ağır və məsuliyyətli olduğunu hamımız yaxşı bilirik. İlk əvvəl qeyd etməliyəm ki, hansısa peşədə uğur qazanmaq üçün mütləq gördüyün işin aşıqı olmalısan. Yalnız belə olduğu təqdirdə biz uğurlu və güclü bir peşəkar ola bilərik.
Həkimlik son dərəcə çətin və vacib peşədir. Əlbəttə, peşənin vacibi və ya qeyri vacibi olmur…
Həkim hər zaman öz həyatını, vaxtını, əyləncəsini, ailəsini… digərlərin həyatlarının daha sağlam olması uğrunda fəda edir. Bu çox təbiidir, çünki həkimin borcu xəstəyə şəfa tapmaqdır. Əlbəttə, bu prosesdə həkimlər təmanna umurlar, ummalıdırlar. Lakin, həkimlikdə özündə mütləq sosial məsuliyyətləri birləşdirməlidir. Həkimlikdə əsas hədəf xəstə sağlam vəziyyətə gətirmək olmalıdır…
Məşhur rus yazıçısı, həkim A.P. Çexov həkimlik haqqında demişdir: “Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir.Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”. Bu, həqiqətən də belədir.
Ağdam Rayonlararası Ruhi Əsəb Dispanserinə baş çəkib. Dispanserin direktoru Dr. Emin Süleymanov təyin olunduğu gündən ta bu günə kimi insanların sağlamlığına xüsusi diqqət yetirir, hər bir xəstəyə diaqnoz qoyarkən necə deyərlər, yüz ölçüb, bir biçir. Bəlkə ona görə də bu gün xəstəxana başqa tibb ocaqlarından fərqlənir. Xəstəxanada çalışan bacarıqlı, savadlı həkimlərim çoxdur. Onlar bütün bacarıqlarını insanların sağlamlığına həsr edirlər. Buna görə də xəstəxana dəfələrlə insanlar tərəfindən, əlaqədar təşkilatlar tərəfindən təşəkkürə və minnətdarlığa layiq görülübdür.
Dr. Emin Süleymanov xəstələrin sağlamlığı keşiyində ürəklə durur. Əsas vəzifəsi xalqımıza layiqincə xidmət etməkdir. Xəstəxanada müasir avadanlıqlar mövcuddur. İnsanların sağlamlığının keşiyində həmişə canla, başla dururlar.
Müsahibim xəstəxanada çalışan həkimlərin və tibb personalın yüksək səviyyədə pasientlərə, xalqa və dövlətə xidmətindən danışdı.
Biz də öz növbəmizdə Dr. Emin Süleymanova və Ağdam Rayonlararası Ruhi Əsəb Dispanserinin bütün əməkdaşlarına öz və ictimaiyyət adından minnətdarlıq bildiririk.

Dilşad Əhmədova
Baş redaktor