Gündəm, Cəmiyyət, Ölkə
25 may 2023
218
VİKİPEDİYAÇILAR “HACKATON – 2023” KONFRANSINDA ÖLKƏMİZİ TƏMSİL EDİBLƏR- FOTO

"İrs - Gənclərin Təbliğat və Maarifləndirmə Mərkəzi" İctimai Birliyi
PRESS - RELİZ
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin səfər qrantları çərçivəsində "İrs Gənclərin Təbliğat və Maarifləndirmə Mərkəzi" İctimai Birliyinin könüllüləri – Vikipediya inzibatçısı Toğrul Rəhimli və Vikipediya patrulu Aida Aslanova 19–21 may tarixlərində Yunanıstanın Afina şəhərində keçirilmiş Beynəlxalq "Wikimedia Hackathon 2023" tədbirində Azərbaycanı təmsil ediblər. Afinanın zəngin "Texnopolis" ərazisində keçirilən tədbirdə Almaniya, Fransa, ABŞ, Kanada, Braziliya, Portuqaliya, Norveç, İspaniya, Litva, İsveç və başqa ölkələrdən olan Vikipediya proqramçıları və təlimçiləri iştirak ediblər. İştirakçılara Vikimedianın texniki tərəflərinə və yeniliklərinə yiyələnmək üçün müxtəlif proqramlaşdırma alətləri ilə işləmək mövzusunda geniş təlimlər keçirilmişdir.
Tədbirdə vikipediyaçılara müxtəlif "JSON" sorğuları vasitəsilə Vikipediyadakı məlumatların işlənmə prinsipləri və onların idarəsi haqqında geniş nəzəri və praktiki təlimlər keçirilmiş, yeni istifadəyə verilmiş Vikimedia alətlərinin təqdimatları baş tutmuşdur. İştirakçılar Vikimedianın müxtəlif layihələri üçün kompleks şablonlar, modullar və qadcetlərin yaradılması, təkmilləşdirilməsi və yenilənməsi üzrə yiyələndikləri bilik və bacarıqlarını müxtəlif Vikimedia layihələrində tətbiq etmişlər.
Tədbirin sonunda xatirə qrup fotosu çəkilmiş və konfrans iştirakçıları üçün Afinanın görməli yerlərinə – tarixi ərazilərə və muzeylərə səfərlər təşkil edilmişdir.
Bakı şəhəri
25 may

Daha çox xəbər:

QHT nümayəndələri qazi Vidadi Əliyevi ziyarət ediblər
Gündəm, Cəmiyyət
Xudafərin Teatrı DAYAQ, MİRİİB təşkilatları ilə birgə teatr tamaşası təşkil ...
Gündəm, Ölkə
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Qarabağ” h ...
Gündəm, Siyasət
Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir - VİDEO
Ölkə, Video
Prezidentin köməkçisi QHT sədrləri ilə görüşüb — FOTO
Siyasət