Gündəm, Siyasət, Ölkə
09 iyun 2023
309
Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi
Azərbaycan dövlətinin, xalqının taleyində böyük əhəmiyyəti olan, tariximizə qızıl hərflərlə yazılan 15 İyun-Milli Qurtuluş Günündən 30 il ötür. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan böyük təhlükələrlə üzləşmişdi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, həmin il oktyabrın 3-də isə Azərbaycanın Prezidenti seçildi. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycanın dövlət müstəqilliyini təhdid edən bütün proseslərin qarşısı alındı və dövlət quruculuğu istiqamətində əsaslı işlər görüldü. Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz sosial-iqtisadi böhrandan, siyasi çəkişmələrdən və xaosdan xilas oldu. Həmin gün, sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başladı. Bu, sözün həqiqi mənasında "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyib meydana atılan böyük ürəkli, Vətən oğlunun, dahi siyasətçinin öz xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Məhz bu səbəblərə görə Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış gün-15 iyun-Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan xalqının Milli Qurtuluş günü -Azərbaycan Respublikasında rəsmi bayramlardan biri kimi 1997-ci il 15 iyun günündən bayram elan edilib. Bu əlamətdar gündən ötən 30 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. Ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatlar bu gün öz real bəhrəsini verməkdədir. Artıq üçüncü ildir ki, Milli Qurtuluş günü ölkəmizdə fərqli əhval-ruhiyyədə qeyd olunur. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun arzuları reallaşdı. Milli qurtuluş günü Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biridir. Azərbaycan xalqının tarixində və taleyində böyük əhəmiyyət kəsb edən hadisələrdən olan 15 iyun Qurtuluş günü müasir tariximizin ən şanlı səhifələrindəndir. Tariximizə qızıl hərflərlə yazılmış bu tarixi gün xalqımızın nicatına doğru gedən yolun başlanğıcı olmaqla yanaşı, eyni zamanda bugünkü zəfərimizin başlıca təməlidir. Bugünkü müstəqil və qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. 15 iyun -Milli Qurtuluş günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu öndərimiz Heydər Əliyevdir. Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. 15 iyun-Milli Qurtuluş günü münasibətilə hər kəsi təbrik edir, möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Əminəm ki, bundan sonra da Azərbaycan xalqı Müzəffər xalq kimi, qalib dövlət kimi əbədi yaşayacaq.
Habil Qurbanov
AMEA Azad Həmkarlar İttifaqının sədri,
hüquq üzrə elmlər doktoru, professor
Daha çox xəbər:
TARİX YARADAN ŞƏXSİYYƏT
Gündəm, Siyasət, CəmiyyətQurtuluş Günü - Müasir Azərbaycanın inkişafının başlandığı tarix
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəMİLLİ VARLIĞIMIZIN XİLASKARI
Gündəm, Siyasət, Cəmiyyət, ÖlkəDövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Qabil oğlu Məmişov: Qurtul ...
GündəmMehriban Əliyeva Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ...
Siyasət