Gündəm, Ölkə
24 iyun 2023
478

Sumqayıtda üsyan yetişir: Zakir Fərəcov və komandası dövlətə qarşı

Sumqayıtda üsyan yetişir: Zakir Fərəcov və komandası dövlətə qarşı
Sumqayıt şəhərin abadlaşmasında yenidən qalmaqal yaranıb. Şəhərin bulvarının və müxtəlif yerində abadlaşma aparan 15 – dən artıq iş adamı ölkə başçısına müraciət edərək halal əmək haqqlarını ala bilmədiklərin bildiriblər. Abadlaşma üçün dəyəri millyonlarla manat olan inşaat materiallarının pulunu bu günə kimi almayıblar. Əmək haqqların istəyəndə isə muxtəlif cür təhdid və təziqlərlə üzləşirlər. Onlar “Azərbaycan Reallığı”na göndərdikləri şikayət mətnində rayonun icra başçısı Zakir Fərəcovu və şəhərin memarı Adil Xudadatovu ittiham edərək şikayətlənirlər.
Qeyd edək ki, sözü gedən şikayətlər rəsmi olaraq ölkə başçısı cənab İlham Əliyevə Prezdent Administrasıyanının rəhbəri cənab Samir Nuriyevə Prezdentin köməkçisi Prezdent administirasıyasının dövlət nəzarət məsələləri şöbəsinin müdürü cənab Kərəm Həsənova Prezdent Administrasıyanının ərazi-təşkilat məsələlər üzrə şöbə müdürü cənab Zeynal Nağdəliyevə, Prezdent Administrasıyanının regional idarəetmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi cənab Vəfadar Bağırova və digər güc strukturlarına şikayət məktubları ünvanlayıblar.
MÜRACİƏT
Bildiririk ki, 2016-cı ilin mart ayının əvvəllərində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun dəvəti ilə qəbulunda olduq. Bizə bildirdi ki, Sumqayıt şəhərində yeni bulvar kompleksinin salınması gərəkdir. Söhbət əsnasında onu da qeyd etdi ki, yeni bulvar kompleksi cari ilin sentyabr ayında təhvil verilərsə, ona yüksək vəzifə veriləcəyi nəzərdə tutulur. Hətta, Zakir Fərəcov onu da bildirdi ki, bizdən əvvəl 6 (altı) nəfər bacarıqlı iş adamı ilə söhbəti olsa da onlar bu işi boyunlarına götürməkdən imtina ediblər. Nəhayət, arayıb-axtarıb bizi tapıb, ona deyiblər ki, bu işlərin öhdəsindən ancaq biz gələ bilərik.

Zakir Fərəcov

Xahiş etdi; onu da bildirdi ki, bulvarın tikilməsi onun üçün çöx önəmli və vacib məsələdir. Çünki, Sumqayıt bulvarını yüksək səviyyədə qurub ortaya çıxarmağı cənab Prezident İlham Əliyevə söz verib! Zakir Fərəcovun təkidlərindən sonra biz razılaşdıq. Hətta, bunu da bildirdi ki, bulvar kompleksi prezidentin gözlədiyi səviyyədə salınıb ərsəyə gələrsə, o, bizə bundan sonra da işləmək üçün yeni imkanlar və şanslar yaradacaq. Biz birlikdə yeni bulvar kompleksinin salınacağı əraziyə gedib baxış keçirtdik.
Bu, 105 hektar torpaq sahəsini əhatə edirdi. Biz, 2016-cı il mart ayının 10-da 624 nəfər canlı işçi qüvvəsini və texnikalarımızı işə saldıq, fəaliyyətə başladıq. Yeni bulvar kompleksini 2016-cı ilin sentyabr ayında razılaşdığımız tarixdə təhvil verdik. Bununla yanaşı onu da nəzərinizə çatdırmaq istərdik ki, yeni bulvar kompleksindən sonra Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, Sumqayıt şəhərinin girişində olan yolun sağ və sol (8 kilometr) hissəsi, Səməd Vurğun, Nizami Gəncəvi, Cəfər Cabbarlı küçələrinin yolları, Sumqayıt şəhərində Muğanbankın qarşısındakı istirahət parkını tam şəkildə abadlaşdıraraq təhvil verdik. Nəticəsi isə biz gözlədiyimizin tam əksi oldu. Şəhərin icra başçısı Zakir Fərəcov gördüyümüz işlərin əvəzində bizə 2900000 (iki milyon doqquz yüz min) manat borclu qaldı…
Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında icra başçılarına insanlarla, iş adamları ilə vicdanla davranmağı tövsiyyə və tələb edir. O, özü ifadə etdiyi kimi: “Mən sizi bu vəzifəyə öz mənafeyinizi güdmək üçün deyil, insanlara, xalqa vicdanla xidmət göstərmək üçün təyin etmişəm, əks təqdirdə cəzalandıracaqsınız” söyləyir. Biz də Zakir Fərəcovu bu vəzifədə cənab Prezidentin etibar etdiyi insan kimi qəbul edərək məsuliyyətli, ağır, çətin işlərin altına girmişdik. Etibar ləyaqətin ölçüsüdür. Zakir Fərəcov isə bu etibardan sui-istifadə edərək illərdir bizi süründürür, incidir, hədələyir, təhqir edir, qorxudur, yalan vədlərlə başımızı qatır.
Biz iş adamı olaraq onu sözündə, əməlində ciddi vəzifə məmuru olaraq qəbul etmişdik. Zakir Fərəcovun yalan vədlərinə inandıq, təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar lazım olan tikinti materiallarını tanıdığımız, bizə etibarı olan iş adamlarından götürdük. Aramızda olan inam böyüklüyünə söykənərək onların dəstəyi ilə tapşırılan işləri, verdiyimiz sözü yüksək səviyyədə yerinə yetirdik…
Onu da qeyd edək ki, işə başladığımız ilk aylarda bizə veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. Sonra A.Xudadatov öz dili ilə etiraf etdi ki, tikinti üçün ödədiyi pulları şəhərdə fəaliyyət göstərən iş adamlarından, idarə, müəssisə və təşkilatlardan yığaraq ödəyir.

Sumqayıtda üsyan yetişir: Zakir Fərəcov və komandası dövlətə qarşı
Çünki, biz materiallar üçün maliyyə vəsaiti tələb etdikdə, o pulların hələ yığılmadığını bildirirdi. Biz başladığımız işin fasilələrə dayanmaması üçün tanış iş adamlarından nisyə tikinti materialları götürürdük, həmişə etibarımızı saxladığımıza görə inanırdılar və etiraz etmirdilər. Kompleksdə çalışan işçi qüvvəsinin məvacibi isə güc-bəla ilə daxili imkanlar, imkanlı dost-tanışların köməkliyi sayəsində ödənilirdi. Çünki, şəhadətin və kişiliyin rəmzi olan Hz. Əli deyir:
“İşçinin pulu alnının təri qurumamış verilməlidi, bu Allaha xoş gedir”. Bütün bu əziyyətlərə ona görə dözürdük ki, Z.Fərəcov və A.Xudadatov təkidlə işlərin dayandırılmamasını xahiş edir, yaxın zamanlarda bütün borcların ödənəcəyini vəd edirdilər. Bu gün Sumqayıt şəhərində hər kəsin söylədiyi kimi göz oxşayan, gözəllik məkanı, müasir standartlara uyğun zövqlü bulvar kompleksi, vətən, torpaq, qeyrət, namus uğrunda canından keçən şəhidlərin əbədiyaşarlıq abidəsi olan Şəhidlər Xiyabanı, adlarını sadaladığımız küçələr, parklar hansı əziyyət hesabına ərsəyə gəlib; Həm mənəvi, həm fiziki, həm maddi…
Onu isə yaşayanlar-biz bilirik! Kənardan görünən o gözəlliyin arxasında isə hansı qaranlıq məqamların yatdığı cəmiyyət üçün qapalıdır! Biz, iş adamı olaraq hələ də çəkdiyimiz əməyin, zəhmətin, əziyyətlərin maddi qarşılığını Zakir Fərəcovdan ala bilmirik. Hətta müəyyən şəxslərdən götürdüyümüz materialların dəyərini, borc götürdüyümüz şəxslərin borcunu hələ də ödəyə bilməmişik.
Qeyd: Sumqayıtda yeni bulvar kompleksinin açılışında görülən işlərdən riqqətə gələn cənab Prezident İlham Əliyev: “Qısa bir zaman kəsiyində bu cür gözəl nəticə… Bu əsl möcüzədir” söyləmişdi. Cənab Prezidentə bildirmək istəyirik ki, istəyirik ki, bu möcüzəni yaradan insanlar (MMC) 6 (altı) ildir ki, öz halal haqqını Zakir Fərəcovdan ala bilmir. Haqqımızı tələb etdikdə müxtəlif hədə-qorxu, təpkilərlə üzləşirik. Belə yerdə dahi Nəsiminin bir beyti lap yerinə düşür:
“Zahidin bir barmağın kəssən dönüb həqqdən qaçar, gər bu miskin aşiqi sərpa soyarlar ağlamaz”. Zakir Fərəcov ədalət prinsiplərini lap arxa plana keçirərək, verdiyi sözün etdiyi əməllərlə üst-üstə düşmədiyini fərqinə varırmı?! Z.Fərəcov qeyd edir ki, kompleksin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmamışdı. Bunu öz hesabına etmişdir. Bu da bir absurt, bir yalan. Hamıya bəllidir ki, cənab Prezident abadlıq-quruculuq işlərinə dövlət büdcəsindən, hətta öz xəzinəsindən milyonlarla vəsait ayırır. Bir də ola mənəvi irsimizi, tariximizi yaşadan şəhidlərlə bağlı abidələrin, parkların salınması, tikintisinə. O, bizə görülən işlərin dəyərinin 30 %-i notarial qaydada təsdiq etməklə ona bağışlamağımızı tələb edir.

Sumqayıtda üsyan yetişir: Zakir Fərəcov və komandası dövlətə qarşı
Yerdə qalan hissəsinin əvəzinə isə bu borcu bağlamaq üçün torpaq sahələri, avtomobillər, yeni tikililərdə mənzillər belə təklif etmişdir. Bu, bizi qane etməsə də məcburən razılaşdıq. Lakin, həmin təkliflər də başçı tərəfindən verilən növbəti vəd olaraq qaldı. Z.Fərəcov ödəniş etmək əvəzinə qanunsuz hərəkətlərə əl atır, hətta bir neçə iş adamını polisdə günlərlə qeyri-qanuni saxlatdırmışdı.
Qeyd: Görüşlərimizin birində Zakir Fərəcov qeyd edir ki, ona yuxarıdan 6000000 (altı milyon) manat dəyərində bir uşaq bağçası və bir məktəb binası tikdirməsi tapşırığı verilmişdir. Onların tikilməsi üçün vəsait tapa bilmir. Buna görə də bizə borcunu ödəmək imkanı yoxdur. Əldə etdiyimiz faktlara əsasən onu da qeyd etmək istərdik ki, Zakir Fərəcovun borcunu ödəməsi üçün vəsaitin olmaması ağ yalandır.
Sumqayıtın 18-ci məhəlləsi adlanan yerində, Sumqayıtlılar tərəfindən “MER-in liftli villaları” adlanan ərazidə olan bir villanın satılması bizim kimi haqqı verilməyən iş adamlarının haqqını ödəməyə yetər. Hətta, başçının Sumqayıt stansiyasında şəxsi ferma kompleksini hansı vəsaitlərlə tikdirməsini onun özünə sormaq gərəkdir. Hələ bu faktlar bilinənlərin, görünənlərin içində bir faizdir. Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən “Uventa” estetik mərkəzi Zakir Fərəcovun qızına hədiyyəsidir.
Üç mərtəbədən və böyük ərazidən ibarət olan bu kompleksinin çox acı tarixçəsi var. Bu estetik kompleks mikrorayon sakinlərinin öz vəsaitləri hesabına ərsəyə gətirdikləri 27 illik 40-a yaxın iydə ağacının kəsilərək, (soyqırımı), may ayında çiçəkləri üstündə olan iydələri buldozerlərin qabağına qoyaraq məhv etməsi heç kəsin yadından çıxamayıb. Onda da bu ədalətsizliyə qarşı çıxan 180 sakini Zakir Fərəcovun qoçuları hədə-qorxu ilə susdurmuşdular. Qeyd: Əldə etdiyimiz məlumatlara əsasən Sumqayıt şəhərində gördüyümüz yenidənqurma və abadlıq işlərinin hamısı başçı tərəfindən tamamilə başqa müəssisələrin adına sənədləşdirilmişdir.
Zakir Fərəcovun borclu olduğu pullar yüzlərlə fəhlənin alın tərininin, ağır zəhmətinin, iş adamlarının min bir əziyyətlə əldə etdiyi və satdığı tikinti materiallarının puludur. Bunun hər birində hər kəsin ahı-naləsi dayanır. Bu pulları mənimsəmək olmaz. Allahın bir adı ədalətdir. İlahi ədalətin məhkəməsindən, məşərindən heç kəs qurtara, qurtula bilməyib. Zakir Fərəcov bizi aldatsa da İlahi ədaləti aldada bilməz. Sizdən xahiş edirik ki, bu ədalətsizliyə son qoyasınız. Əziyyətimiz hesabına qazandığımız haqqımızın geri qaytarılmasında bizə yardımçı olasınız.
Qeyd: Cənab Prezident İlham Əliyev qeyd edir ki: “Azərbaycan dövlətçiliyinin əsasını Azərbaycan vətəndaşı, insan resursu təşkil edir.” Heç bir məmur bu ifadəyə öz ədalətsiz əməlləri ilə kölgə sala bilməz… Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.
Menbe: Cumhuriyyet.net