Gündəm, Ölkə
19 iyul 2023
393
Əhəd Abıyevin səlahiyyətlərini kim icra edir?

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətləri başçının müavini Vüqar Xanlar oğlu Məmmədova həvalə olunub.
Bu barədə “Report”un Qərb bürosu məlumat əldə edib.
Məlumata görə, üç il öncə icra başçısının müavini təyin olunan V.Məmmədov, həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.
Xatırladaq ki, 2 gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tutduğu vəzifədən azad olunub. O, 2011-ci ilin fevralından bu vəzifədə çalışıb.
Daha çox xəbər:

SON DƏQİQƏ: Az öncə vəfat edən icra başçısının ölüm SƏBƏBİ BİLİNDİ - YENİLƏ ...
Hadisə
Sabiq icra başçısının həbs müddəti artırılır
Kriminal
Prezident iki rayona yeni icra başçısı təyin etdi
Gündəm, Siyasət
Kürdəmirin həbs edilən icra başçısı kimdir? — DOSYE
Kriminal.jpg)
Daha bir vəzifəli şəxs işdən çıxarıldı
Ölkə