Gündəm, Siyasət, Ölkə
17 noyabr 2023
397

17 noyabr Milli Dirçəliş Günüdür.

17 noyabr Milli Dirçəliş Günüdür.
1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi.
1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Həmin gündən başlayaraq Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin davamlı mitinqləri başlandı.
1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Bununla da öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən Azərbaycan xalqı bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
1992-ci ildən etibarən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Sonradan ölkəmiz bir daha parçalanmaq və milli müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi bu təhlükəni aradan qaldırdı, ölkədəki xaos və qarşıdurmaya son qoyuldu.
Müdrik siyasi xadim Heydər Əliyev müstəqil, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövlətini qurdu, gücləndirdi və onu beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevirdi.
Bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurla inkişaf edir, müasirləşir, daha da qüdrətli olur, onun beynəlxalq siyasi nüfuzu durmadan yüksəlir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. 2023-cü il sentyabr ayının 29-da 23 saatlıq davam edən anti-terror tədbirləri Qarabağımız tamamilə azad olundu. Cənab Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Var olsun Azərbaycan, var olsun Müzəffər Ali Baş Komandan!
Milli Dirçəliş Gününüz mübarək, əziz həmyerlilər!
17 noyabr Milli Dirçəliş Günüdür.
Musayev Rəşad Qərib oğlu
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri