Gündəm, Cəmiyyət, Ölkə
14 yanvar 2024
560

Vüqar Mikayılov Şamaxı TS-də budama və təmir işlərində iştirak edib

Vüqar Mikayılov Şamaxı TS-də budama və təmir işlərində iştirak edib
Şamaxı rayonunun üzüm plantasiyalarında payız-qış becərilməsi davam edir və artıq bağlarda mühüm aqrotexniki tədbir olan quru budama işləri başa çatdırılıb.
Bu barədə verilən məlumatda bildirilir ki, Şamaxıda hazırda 1933 hektar üzüm bağı vardır. Gələcək bol məhsul üçün bağların payız-qış becərilməsinin yüksək səviyyədə, aqrotexniki tələblər səviyyəsində aparılması üçün ciddi səy göstərilir. Uğurla başa çatan quru budama işlərində 500 nəfərdən çox işçi qüvvəsi çalışıb.
Vüqar Mikayılov Şamaxı TS-də budama və təmir işlərində iştirak edib
Hazırda bağlarda təmir-bərpa işləri davam etdirilir. Sınan dəmir və ya beton dirəklər dəyişdirilərək yenisi ilə əvəz olunur. Bu işlər başa çatdırıldıqdan sonra bağlarda quru bağlamaya başlanacaq.
Vüqar Mikayılov Şamaxı TS-də budama və təmir işlərində iştirak edib
Şamaxıda budama işləri zamanı Azərbaycanda üzümçülük sahəsində böyük uğurlar əldə edən Vüqar Mikaıylov da iştirak etmişdir və işçilərə üzümün budama və qulluq etmək qaydasını başa salmışdır. Vüqar müəllim quru budama üzümçülükdə mühüm aqrotexniki tədbirlərin keçirilməsi barədə işçilərə geniş təlimat keçmişdi. Erkən yazadək tinglərin budanması və bağlama işləri başa çatdırılmalıdır. Rayonda bu iş üçün yüzlərlə işçi qüvvəsi cəlb olunub. Onlar qabaqcadan Vüqar Mikayılov və mütəxəssislər tərəfindən təlimatlandırılıblar.
Vüqar Mikayılov Şamaxı TS-də budama və təmir işlərində iştirak edib
Qeyd edək ki, vaxtilə üzümçülük bölgəsi kimi tanınan Şamaxıda son illər bu sahə sürətlə inkişaf etməkdədir.

Dilşad Əhmədova
Baş redaktor