Gündəm, Siyasət, Ölkə
08 fevral 2024
307

İKİ QARDAŞ - İKİ DÖVLƏT, AZƏRBAYCAN-TÜRKİYƏ

İKİ QARDAŞ - İKİ DÖVLƏT, AZƏRBAYCAN-TÜRKİYƏ
Hörmətli cənab Prezident.
İcazə verin, Sizi Prezident seçkilərində qələbə qazanmağınız münasibətilə Türkiyə vətəndaşları adından və şəxsən öz adımdan ürəkdən təbrik edim, ən səmimi arzularımızı çatdırım. Sizin yenidə Prezident seçiləmyiniz olduqca xoş əhval-ruhiyyə ilə qeyd edən vətənpərvər dünya azərbaycanlıları xalq, dövlət qarşısındakı böyük xidmətlərinizi alqışlayırlar.
Bu günü əlamətdar tarix edən ən başlıca amil Sizin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilində cəsarətli, qətiyyətli addımlarınız, müdrik siyasi qərarlarınızla ölkənin ərazi bütövlüyünü, suverenliyini tam bərpa edərək ata vəsiyyətini yerinə yetirməyiniz oldu.
Möhtərəm Prezident, Azərbaycan və Türkiyə xalqı Sizin kimi Prezidenti, Al Baş Komandanı olduğu üçün çox şanslıdır. Bunu ölkənin inkişafı, xalqın rifahı, əmin-amanlığı istiqamətində gördüyünüz böyük işlər bir daha təsdiq edir.
Bu gün Azərbaycan Respublikasının adı dünya ölkələri sırasında qürurla çəkilir. Hər birimiz Türk olduğumuz üçün fəxr edirik. Bu qüruru bizə yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti arzulayır, Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq hər zaman Sizin yanınızdayıq.

Fateh bey
Türk iş adamı