Gündəm, Siyasət, Ölkə
21 fevral 2024
408
Qalib Lider, Qalib Sərkərdə - İlham Əliyev!
Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna və dövlətçilik ideyalarına sadiq olan Prezident İlham Əliyev son 21 ildə ölkəmizi yeni keyfiyyət mərhələsinə və davamlı yüksəliş xəttinə çıxarıb. Milli maraqları hər şeydən üstün tutan İlham Əliyev qısa zaman ərzində doğma Azərbaycanımızı regionun lider dövlətinə çevirməklə respublikamızın qlobal arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə artırmağı bacarıb.
Müasir dövrün dünya liderləri arasında özünəməxsus mövqeyi olan İlham Əliyevin siyasi, iqtisadi, diplomatik, qlobal və digər sahələri əhatə edən genişmiqyaslı nailiyyətləri və Azərbaycan adına bağlı fundamental uğurları barədə çox danışmaq olar. Lakin fikrimizcə, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə öz tarixi əhəmiyyətinə və siyasi çəkisinə görə bütün digər nailiyyətlərdən ciddi şəkildə fərqlənir.
7 fevral 2024-cü il keçirilən növbədənkənar prezident seçkilərində müzəffər Ali Baş Komandanımız, Azərbaycanın milli qürur mənbəyinə çevrilmiş görkəmli dövlət xadimi, müasir dövlətçiliyimizin banisi Heydər Əliyev məktəbinin ən layiqli davamçısı, milli dövlətçilik tariximizdə yeni ənənələrin əsasını qoyan ictimai-siyasi xadim, zəfər səlnaməsinin müəllifi, Möhtərəm Prezident cənab İlham Əliyev 92 faizdən çox səslə uğur qazanaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçillmişdir.
Prezident seçkilərində azərbaycan xalqı yenidən xalqın müdrik və dəyişməz seçiminə əsaslanaraq, növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs verdilər.
Bu seçkilərdə bütün dünya aktiv fəallığın, demokratiyanın və şəffavlığın şahidi oldu.
Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti, sürətli iqtisadi tərəqqi başlıca təminatlarından biridir. Eyni zamanda, Böyük - möhtəşəm Qələbəmiz başımızın ucalığı, alnımızın açıqlığı, əbədi qürurumuzdur.
Azad və şəffaf mühitdə səsvermə müasir sivilizasiyanın nailiyyətləri sırasında xüsusi yer tutur. Ona görə ki, xalqın iradəsinə əsaslanmadan güclü dövlət və demokratik cəmiyyət formalaşdırmaq mümkün deyil. Siyasi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda da azad seçkilərin keçirilməsinə məhz bu prizmadan baxılmış və vətəndaşlara iradələrini azad şəkildə ifadə etmələri üçün zəruri hüquqi baza yaradılmışdır. Seçkilərin cəmiyyətin idarə olunmasında vətəndaşın iştirakını təmin edən mühüm proses olduğunu yüksək qiymətləndirilən Azərbaycanda ötən müddət ərzində keçirilən seçki və referendumlar, eləcə də fevralın 7-də baş tutan növbədənkənar prezident seçkiləri də bu reallığı təsdiqlədir.
Müstəqil Azərbaycan 21 ildir ki xalqımızın müdrik seçiminin xoşbəxtliyini yaşayır. Biz arzuladığımız qüdrətli və nüfuzlu dövlətin vətəndaşları kimi haqlı olaraq ölkəmizlə fəxr edirik.
Birmənalı şəkildə İkinci Qarabağ müharibəsində tarixi Zəfəri bizə bəxş edən, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən məhz Prezident İlham Əliyev oldu. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin alternativsiz və uzaqgörən siyasətini zərgər dəqiqliyilə həyata keçirən cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin son 21 ili ərzində gördüyü nəhəng işlər bizi sürətlə inkişaf edən qüdrətli ölkənin qürürlu vətəndaşlarına çevirdi.
Cənab İlham Əliyev bu illər ərzində Azərbaycanın regional və hətta beynəlxalq proseslərə təsir göstərə bilən mühüm aktor rolunu oynamasını təmin etdi. Xalqımız bu siyasi kursu daim dəstəklədi. Çünki dövlət başçısı Azərbaycana rəhbərlik etdiyi illər ərzində bəyan etdiyi platformaya sadiq qaldı, dini, etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir ölkə vətəndaşının prezidenti oldu.
Ötən otuz il ərzində Qanlı Yanvar və Xocalı faciələri xalqımıza ürəkdən sevinməyi unutdurmuşdu. Amma Prezident İlham Əliyev işğal altındakı torpaqlarımızı azad etməklə xalqımıza sevinmək hissini qaytardı. Dünyaya xalqımızın qüdrətini, gücünü və birliyini nümayiş etdirdi.
Əminliklə demək olar ki, Zəfər seçkilərini qazanan əvəzedilməz lider İlham Əliyevin qəhrəmanlıq salnaməsi Azərbaycan xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəsini davam etdirməsinə mandat verdi. Bu qələbə sonrakı nəsillər, eləcə də digər ölkələr və onların liderləri üçün nümunə olacaqdır.
Qələbən mübarək, Azərbaycan!
Abbas Cavadov
Tərtər Rayon İcra Hakimiyyəti Başçının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
Daha çox xəbər:
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın igid oğlu, əsri ...
Gündəm, SiyasətXalqa milli qürurunu qaytaran LİDER
Gündəm, Siyasət, ÖlkəDƏRİN HÖRMƏT VƏ EHTİRAMLA ANIRIQ
Gündəm, Cəmiyyət, ÖlkəCənab İlham Əliyevin qətiyyəti böyük zəfərimizin ən əsas şərtlərindən birid ...
Gündəm, Cəmiyyət, ÖlkəQurtuluş Günü - Müasir Azərbaycanın inkişafının başlandığı tarix
Gündəm, Siyasət, Cəmiyyət, Ölkə