Gündəm, Ölkə
31 mart 2024
311
Xalidin köhnəlmiş liftləri hər an can ala bilər?...İDDİA
Redaksiyaya daxil olan şikayətə əsasən sakinlər binalarında liftin işləməməsindən şikayətçidirlər.
Sakinlər bildirirlər ki, dəfələrlə “Bakı Lift Təmir İstehsalat Birliyinə”, ərazi üzrə Mənzil komunal istismar sahəsinə, RİH- nə dəfələrlə məlumat versək də, harayımıza hay verən yoxdur.Təssüflər olsun ki, problemimiz həllini tapmayıb.
Ona görə ki, qurumlar bir birlərinin üzərinə problemi yönləndirir.
Məmur maneələrinə görə 2 aydan çoxdur ki, biz yaşayış hüququmuzdan məhrumuq.
Bina sakinləri media vasitəsi ilə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun nəzərinə çatdırır ki, tabeliyində olan işçiləri, biz Azərbaycan vətəndaşlarına, rəsmən yaşama hüququmuzu məhdudlaşdırırlar.
Sakinlərin sözlərinə görə, sözügedən binanın liftləri son illər tamamilə yarasız vəziyyətə düşüb:
"Hər ay bizdən lift üçün xidmət haqqı yığılılır. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, binaya normal vəziyyətdə olan yeni lift quraşdırılmır. Bununla bağlı biz dəfələrlə İcra Hakimiyyətinə və “Bakı Lift Təmir İstehsalat Birliyi”nin sədrinə müraciət etmişik. Bildirmişik ki, binanın liftləri hər an qırıla və insanlar böyük faciələr yaşaya bilər. Ancaq müraciətimizə baxan yoxdur. Bu yaxınlarda təyin olunan "Liftəmir" İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərova da bu barədə müraciət göndərmişik. Çox təəssüf ki, hələ də problem həllini tapmayıb.
Sakin bildirir ki, binada xəstələr, yaşlı nəsilin nümayəndələri körpələrimiz var, məgər məmurlar bunu anlamır və yaxud görməzdən gəlir?
Mövzunu diqqətimizdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Daha çox xəbər:
Goranboy rayonunda şəhid ailələri və qazilərin haqlı ETİRAZLARI
Gündəm, Cəmiyyət, Ölkə, Sosial“AAAF Park”da daha bir problem - “4 ildir qazsız qalmışıq”
Cəmiyyət“Balansda vəsait yoxdur, evi qohum-qonşu təmir edə bilər”
BölgəDayanacaqlarda ödəniş terminalları problemi hələ də həllini tapmayıb — VİDE ...
CəmiyyətLiftdə koronavirusa yoluxmamaq üçün bu qaydalara əməl edin
Cəmiyyət