Gündəm, Cəmiyyət, Ölkə
13 aprel 2024
575
XALQIN ADAMI – Ədliyyə general mayoru Mirsaleh Miradil oğlu Seyidov
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunan Mirsaleh Miradil oğlu Seyidov. Mirsaleh Seyidovu tanıtdırmağa nə ehtiyac var, nə də lüzüm. Mirsaleh Seyidovun əsas iş prinsipi vəzifəsini layiqincə yüksək səviyyədə icra etmək, düzgün və səmərəli iş aparmaq, qarşıya qoyulan tapşırıqları vaxtlı - vaxtında yerinə yetirmək əsas prioritetidir. Hansı vəzifə sahibi olmasına baxmayaraq əsas məqsədimiz respublikamızın, xalqımızın adını mədəni surətdə təmsil etmək hər birimizdən böyük məsuliyyət tələb edir. Bütün bunlara rəğmən çalışırıq ki, bizim fəaliyyətimizdən hər zaman razı qalsınlar. İşçilərimizlə hər zaman aparılan profilaktik söhbətlər, ümumi nizam-intzam qaydalarına riayət olunması və işin düzgün təşkil edilməsi fəaliyyətimizin əsas iş prinsiplərindən biridir. Mirsaleh müəllim sadaladığım bu keyfiyyətlərinin hər birini özündə cəmləşdirən şəxslərdən biridir.
Zəruri giriş: Mirsaleh Miradil oğlu Seyidov
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru
1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr (fərqlənmə ilə), 2002-ci ildə isə magistr (fərqlənmə ilə) pilləsi üzrə bitirib. 1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat-rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin olunub. 2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı istintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsində xidmət edib. 2009-cu ilin fevral ayından Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayınadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb. 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib. 2023-cü il noyabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib. Azərbaycan Respublikasının Prezidentinin 63 nömrəli Sərəncamı ilə 21.11.2018-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 2023-cü ildə “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 2023-cü ildə “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 4289 nömrəli Sərəncamı ilə 2 fevral 2024-cü il tarixdə “Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.
Mirsaleh müəllim hər zaman Dövlətə - Dövlətçiliyə, Ulu Öndərin ideyalarına, siyasi kursuna sədaqətlə - fəxarətlə xidmət edərək başqalarına örnək ola biləcək əsl nümunəvi rəhbər işçilərdən biridir. Sevindirici haldır ki, bu tendesiya bu gündə uğurla davam edir. Məhz Mirsalej müəllimin rəhbərliyi altında Penitensiar xidmətinin uğurları göz qabağındadır. Düzgün iş prinsipi, peşəkarlıq, idarəetmənin yüksək səviyyədə təşkil olunması və işçilərə daim diqqət və qayğı göstərilməsi Mirsaleh müəllimin hər zaman diqqət mərkəzindədir. Generalımız rəhbərlik etdiyi kollektivi ictimai işlərdə də hər zaman fəaldı . Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir, Cənab prezidentin tövsiyələrinə və tapşırıqlarına rəğmən bir məmur rəhbər kimi öz əməli işləri ilə bütün tapşırıqların öhdəsindən layiqincə gəlir. Bizdə bu çətin, məsuliyyətli və şərəfli işdə öz vəzifə borcunu vicdanla yerinə yetirən Mirsaleh müəllimə və onun işgüzar kollektivinə yeni-yeni uğurlar arzu edirik.
Bu, gün Mirsaleh müəllim kimi vicdanlı məmurlarımızın sayəsində ölkəmizdə ədliyyə sisteminin qüdrəti günü-gündən artır, xalqla rəhbər arasında vəhdət yaranır və ölkə başçısı İlham Əliyev cənablarına əsl sədaqət nümunəsi göstərilərək bu ideologi xəttə təmannasız xidmət göstərilir.
Zəfər çalmış Qalib Xalqın Qalib Lideri cənab İlham Əliyevin son qələbəsi də xalq prezident vəhdətinin bariz nümunəsidir.
Dövlətə-dövlətiçiliyə, xalqa, millətə xidmət etmək hər bir dövlət məmurunun ən ümdə borcudur. Və son olaraq bizdə Mirsaleh müəllimə bu yolda müvəffəqiyyətlər arzu edirik. Hörmətli Mirsaleh müəllim işlərinizdə həmişə uğur, qalibiyyət və zəfər qazanasınız.
Hörmətlə,
Dilşad Əhmədova
Baş redaktor
Daha çox xəbər:
Prezidentdən yüksək vəzifəyə TƏYİNAT
Gündəm, ÖlkəBu gün Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahim Məmmədovun 53 yaşı tama ...
Gündəm, CəmiyyətGeneral Hikmət Mirzəyevin bu günə qədər aldığı orden və medallar - SİYAHI
Gündəm, ÖlkəAzərbaycanda yeni yubiley medalı təsis edilib - FOTO
SiyasətMədət Quliyevə yeni müavin təyin edilib
Siyasət