Gündəm, Ölkə, Sosial
13 may 2024
256

İsmayıl adlı şəxs yüksək çiyinli məmurun adını istifadə edərək dələduzluq edir? - FAKT/İDDİA

İsmayıl adlı şəxs yüksək çiyinli məmurun adını istifadə edərək dələduzluq edir? - FAKT/İDDİA


























Son vaxtlar dələduzluğun sayının artmasını müşahidə edirik. Kimisə sosial şəbəkə vasitəsi ilə, kimisə özünü yüksək çiyinli məmurun qohumu kimi qələmə verərək həssas insanları aldatmaqla məşğul olurlar. Hətta, dəfələrlə Daxili İşlər Nazirliyi sosial şəbəkələr vasitəsi ilə vətəndaşlara müraciət edərək bildirmişdir ki, bu cür insanlara uymasınlar, onların qurbanına çevrilməsinlər.
Redaksiyamıza daxil olan məlumata əsasən şikayətçi bildirir ki, şəkildə gördüyünüz bu şəxs də bu cür yollarla məşğuldur və bildirir ki, başqa kimsə bu adamın toruna düşməsin. Şikayətçi bildirir ki, bu adamın adı İsmayıldı. Şikayətçi onu da qeyd edir ki, onun yaxın dostuna da özünü icra hakimiyyəti başçısının bacısı oğlu kimi təqdim edərək ondan pul alaraq aldatmışdı.
Əziz oxucular tövsiyyəmiz budur ju, tanımadığınız bilmədiyiniz şəxslərə hər hansı bir işinizi düzəltmək məqsədi ilə pul tələb edən insanlara aldanmayasınız.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xeberim.info