Gündəm, Ölkə
06 iyun 2024
109
“Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin icrasına başlanılıb
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü ildə elan etdiyi Kiçik Qrant müsabiqəsində “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihəsi qalib olub. Layihənin icrası 01 iyun 2024-cü il tarixində başlanılıb. Layihənin əsas məqsədi sağlamlığında məhdudiyyətlər olan, lakin əlil olmalarını özləri üçün məhdudiyyət saymayan insanlarla cəmiyyətdə əlilliyi olan digər insanlara nümunə göstərilərək əlilliyi olan insanların hər birinin özünə inananraq, güvənərək cəmiyyətə normal şəkildə inteqrasiya olunmasına kömək edilməsidir. Ümumilikdə fiziki məhdudiyyətdən sosial inteqrasiyaya doğru “Siz bizlərdən birisiniz” şüarı altında maarifləndirmə istiqamətində tədbirlər təşkil olunacaq.
Layihə İmişli, Kürdəmir, Saatlı və Sabirabad rayonlarında yerli icra orqanlarının təşkil etdiyi məkanlarda həyata keçiriləcək.
Layihə rəhbəri “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin sədri Yasəmən Qəyyumova
Daha çox xəbər:
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin təşəbbüs ...
Gündəm, Siyasət, Ölkə"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin idar ...
Gündəm, Cəmiyyət, ÖlkəQayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbb ...
Gündəm, Cəmiyyət"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin " ...
Gündəm, Cəmiyyət, Ölkə"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi "Böy ...
Gündəm, Cəmiyyət, Ölkə