Gündəm, Cəmiyyət, Ölkə, Bölgə
20 iyul 2024
238

“AYNUR” AİLƏVİ İSTİRAHƏT MƏRKƏZİ – FÜSÜNKAR GÖZƏLLİYİ VƏ TƏAMLARI MÖHTƏŞƏMDİ...

“AYNUR” AİLƏVİ İSTİRAHƏT MƏRKƏZİ – FÜSÜNKAR GÖZƏLLİYİ VƏ TƏAMLARI MÖHTƏŞƏMDİ...
Dünya yaranışından insan övladının həyatda mövcud olub yaşaması, dayanaqlı olması üçün yaradan hər bir şeyi öz yerində, öz qaydasında tənzimləmişdir. Nə az, nə çox, nə artıq, nə əskik. Bu Allahın nizam-tərəzisidi, dəyişməz, pozulmaz.
Əziz oxucular sizə Azərbaycan mətbəxinin nə qədər zəngin və nə qədər ləziz olduğu yerdən söz açacağam. Bu yerlərdən biri Azərbaycanımızın gözəl güşələrindən biri olan Quba rayonu, Qəçrəşdə yerləşən “Aynur” Ailəvi Istirahət Mərkəzidir. “Aynur” Ailəvi Istirahət Mərkəzi təkcə Azərbaycan mətbəxi deyil, istədiniz Avropa mətbəxinin ləziz yeməklərindən də dada bilərsiniz.
Təmiz hava və füsunkar mənzərəyə malik “Aynur” Ailəvi Istirahət Mərkəzi yerli və xarici turistlərin sevimli əyləncə və istirahət məkanına çevrilib. Burada gözəl təamlarla yanaşı işçi personajın mehriban davranışı ilə insanı valeh edirlər. Sanki, özünü evdəymiş kimi hiss edirsən, insan bu gözlliklərdən heç ayrılmaq istəmir.
Qədim insalardan üzü bəri, bu günümüzədək yemək, qidalanma həyatda yaşamağın, mövcudluğun əsas şərtlərindən biri olmuşdu. Hər bir xalqın, millətin, millət olaraq tanınmasında onun milli dəyərləri, milli irsi önəmli, deyərdim ən önəmli şərtlərdən biridir. Azərbaycan öz dəyərli qədim tarixi ənənələri, mədəniyyəti, elmi tərəqqisi ilə yanaşı, milli mətbəxinin dəyərləri, qədimiliyi, gözəlliyi ilə öyünmüşdür. Mətbəx mədəniyyətdir, milli mətbəx millətin millət olaraq göstəricisi, kimliyidir. Azərbaycan xalqının həm milli kulinariyasının, aşbazlıq sənətinin, şirniyyatlarının, şirələrinin, içkilərinin, mürəbbələrinin tarixi diapazonu çox-çox qədimlərə gedib söykənir. Bu qədimiliyin bir göstəricisi də hər bir bölgənin mətbəxinin özünəməxsus təamları ilə individuallığıdı. Hər bir bölgədə müəyyən yemək, şirniyyat növlərinin hazırlanmasında nəsildən-nəslə ötürülmə mexanizminin tarixiliyi danılmazdır.
Öz əməyinə nə qədər sevgi, sayqı, inam və məsuliyyətlə yanaşarsansa Allahdan və ətrafdan bunun qarşılığını şübhəsiz geri alacaqsan. Allah səndən hərəkət, məndən bərəkət kəlməsini öz həyat kredosu seçənləri sevir. “Aynur” Ailəvi Istirahət Mərkəzinin rəhbərliyi qurduğu istirahət mərkəzi, səliqə-səhmanı müştərilərə göstərilən nümunəvi xidmətləri, ən ümdəsi keyfiyyətli təamları ilə insanlar arasında böyük rəğbət və inam qazanır. “Aynur” Ailəvi Istirahət Mərkəzi üçün ən ümdəsi müştəri məmnuniyyətidir. “Keyfiyyət varsa kəmiyyət də mövcuddur” əsaslanaraq “Aynur” Ailəvi Istirahət Mərkəzinin işçi personajı yüksək xidməti ilə digər ailəvi istirahət mərkəzlərindən seçilir.
Əziz dostlar “Aynur” Ailəvi Istirahət Mərkəzi sizin yolunuzu gösləyir və sizə xidmət etməyi özünə şərəf bilir.
Gəlin “Aynur” Ailəvi Istirahət Mərkəzində istirahət edin, həyatın dadını çıxardın.
Bahar fəslində gününüzün xoş, xeyirli, pozitiv keçməsini istəyirsizsə yolunuzu gözləyirik..!!!!
Günün istənilən vaxtı “Aynur” Ailəvi Istirahət Mərkəzinə gələ bilərsiniz...

Dilşad Əhmədova
Baş redaktor