Gündəm, İqtisadiyyat
30 iyul 2024
197

Bakının bağlanan məşhur bazarı açılır

Bakının bağlanan məşhur bazarı açılır

İqtisadiyyat.az-ın verdiyi məlumata görə, yığıncaq sentyabrın 14-nə təyin edilib. Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir, çünki "Montin Bazar" ASC-nin ləğv olunmaması məsələsi müzakirə ediləcək.

Ötən ilin iyun ayında keçirilən yığıncaqda cəmiyyətin ləğv edilməsi, ləğvetmə komissiyasının yaradılması və səlahiyyətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilmişdi. Bu qərarlara əsasən iyul ayında ASC ləğv olunduğunu açıqlamışdı. Ancaq bu ilin sentyabrın 14-də keçiriləcək yığıncaqda həmin qərarların və nəticələrinin ləğv edilməsi məsələsi yenidən müzakirəyə çıxarılacaq.

Bununla yanaşı, cəmiyyətin müşahidə şurası və icra orqanı yenidən formalaşdırılacaq, təftiş müfəttişi seçiləcək. Həmçinin, ötən ilin illik maliyyə balansı da təsdiq ediləcək.

Qeyd edək ki, "Montin Bazar" ASC 8 oktyabr 1999-cu ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 194 min 682 manatdır. Qanuni təmsilçisi Emiliya Əlisa qızı Quliyevadır.