Gündəm, Cəmiyyət, Kriminal
01 avqust 2024
142

Sumqayıtda Köməksiz Vəziyyətdə Qalan Şəxs Xilas Edilərkən Ölü Tapılıb

 Sumqayıtda Köməksiz Vəziyyətdə Qalan Şəxs Xilas Edilərkən Ölü Tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Xilasetmə tədbirləri nəticəsində, təəssüf ki, həmin şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.