Gündəm, Cəmiyyət
02 avqust 2024
83

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 2-si saat 9:00-a olan vəziyyətə görə, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb və arabir yağış yağıb. Yağıntıların bəziləri leysan xarakterli olub.

Düşən yağıntının miqdarı müxtəlif bölgələrdə belə olub: Sarıbaşda (Qax) 29 mm, Zaqatala 4 mm, Gədəbəy, Ceyrançöl, Balakən və Şəkidə 2 mm, Qusar və Qrızda 1 mm-dək.

Şimal-şərq küləyi arabir Culfada 21 m/s, Şahdağda isə 20 m/s-ə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32, Naxçıvan MR-da 33-36, Aran rayonlarında 31-36, dağlıq rayonlarda isə 19-22 dərəcə isti olub.