Gündəm, Siyasət, Dünya
04 avqust 2024
78

Donald Tramp Vladimir Putini Məhbus Mübadiləsi Münasibətilə Təbrik Edib

 Donald Tramp Vladimir Putini Məhbus Mübadiləsi Münasibətilə Təbrik Edib

ABŞ-nın keçmiş prezidenti və prezidentliyə hazırkı namizəd Donald Tramp Rusiya lideri Vladimir Putini məhbus mübadiləsi münasibətilə təbrik edib və bunun əla olduğunu bildirib.

Siyasətçi bu barədə Atlantada keçirilən mitinqdə danışıb: "Mən Vladimir Putini daha bir böyük iş münasibətilə təbrik etmək istəyirəm," - deyə Tramp bəyan edib.

Xatırladaq ki, avqustun 1-də Rusiya, ABŞ, Belarus, Almaniya, Sloveniya və Norveç yaxın tarixdə görünməmiş məhbus mübadiləsi həyata keçirib. Prosesdə 26 nəfər iştirak edib. 10 nəfər Rusiyaya, 12 nəfər Almaniyaya, 4 nəfər isə ABŞ-yə təhvil verilib. Mübadilə Ankarada baş tutub.