Gündəm, Ölkə
09 avqust 2024
111
QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
09.08.2024 - 16.30
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat və təşviqat kampaniyasına bu gündən start verildi.
82 saylı İmişli - Saatlı seçki dairəsindən deputatlığa namizəd Yasəmən Qəyyumova İmişli rayon Qaragüvəndikli kəndində seçicilərlə ilk görüşünü keçirib.
Yasəmən xanım və nümayəndələri öncə Qaragüvəndikli kəndində yaşayan 7 uşaqlı aztəminatlı ailəyə baş çəkib və ailənin yeddi uşağını geyim hədiyyələri ilə sevindirib.
Daha sonra təyin olunmuş ünvanda seçicilərlə görüşüb, onları dinləyib və dilə gətirilən problemlərin həlli istiqamətində onların suallarını cavablandırıb. Hər kəs tərəfindən ən çox vurğulanan problem kənddəki elektrik xətlərinin köhnə və yarsız halda olması olub.
Bundan əlavə xanım namizədin vəkilləri çıxış edərək seçicilərə Yasəmən Qəyyumovanın məqsəd və gələcək planlarından ətraflı məlumat veriblər.
Vətən müharibəsinin iştirakçısı
Müslüm Rüstəmov çıxış edərək Yasəmən xanımın hər zaman şəhid ailələrinə, qazilərə böyük
qayğı və diqqətlə yanaşdığını, onların bir çox problemlərinin həlli istiqamətində yardımçı olduğunu bildirib.
Yasəmən xanımın çıxışını və iş fəaliyyətini dəstəkləyən kənd ağsaqqalları Səfər Cəfərov, Sərxoş Rüstəmov ona xüsusi təşəkkür edib və ən xoş arzularını bildiriblər.
Yasəmən xanımın Qaragüvəndikli kəndi üzrə nümayəndəsi Əhsən Əzizov hər kəsi birliyə və 1 Sentyabrda seçki məntəqəsinə səsləyib.
Görüş bitdikdən sonra Yasəmən xanım onu görmək istəyən Valeh kişiylə yaşadığı evində görüşüb və onunla birlikdə çay içib.
Fərid Səfərov
Daha çox xəbər:
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tə ...
Gündəm, Cəmiyyət, ÖlkəQHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təş ...
Gündəm, Cəmiyyət, ÖlkəQHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun a ...
Gündəm, CəmiyyətQHT rəhbəri Yasəmən Qəyyumlu Şuşa- Xankəndi və Laçın dəhlizi istiqamətində ...
Gündəm, ÖlkəQayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbb ...
Gündəm, Cəmiyyət