Gündəm, Cəmiyyət, Ölkə
11 avqust 2024
230
Şəkidə Yol Qəzası: İki Ölüm, Üç Yaralı

Şəki rayonunda Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda ağır yol qəzası baş verib. Çayqaraqoyunlu kəndi yaxınlığında Ramin Abdullayevin idarə etdiyi "Opel" markalı avtomobil Həsən Məhəmmədovun sürdüyü "Man" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində Ramin Abdullayev və onun qadın sərnişini hadisə yerində dünyasını dəyişib. Sıxılmış vəziyyətdə qalan meyitlər xilasedicilər tərəfindən çıxarılıb. Avtomobildəki digər üç sərnişin isə yaralanıb və Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda Şəki Rayon Prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.
Daha çox xəbər:

Bakıda avtomobil işıq dirəyinə çırpılıb: Ölən və yaralananlar var
Cəmiyyət
Bakıda doğum günü məclisindən çıxan həkimlər qəza törədib, ölən və yaralana ...
Kriminal
Astarada maşın aşdı: Ölən və yaralananlar var
Hadisə
Lənkəranda ağır yol qəzası - 1 ölü, 4 yaralı
Hadisə
Balakəndə ağır qəza — 2 ölü, 2 yaralı
Kriminal