Gündəm, Cəmiyyət, Ölkə
19 avqust 2024
201
Yasamalda Söküntü İşlərinə Başlamaq Üzrə Hazırlıqlar Görülür

Bakının Yasamal rayonu, 2-ci Alatava massivində yaxın günlərdə söküntü işlərinin başlanacağı bildirilir. Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayan sakinlər aidiyyəti qurumların nümayəndələrinin bir neçə gün əvvəl əraziyə baxış keçirdiyini və onlara hər hansı məlumatın verilmədiyini bildiriblər.
Sakinlər kompensasiya məsələləri və yeni yaşayış yerləri ilə bağlı məlumatların qeyri-müəyyən olması səbəbindən narahatdırlar. Qeyd edək ki, bu ərazi şəhərin inkişaf planları çərçivəsində yenidən qurulması nəzərdə tutulan sahələrdən biridir və ərazidə müasir infrastrukturun yaradılması planlaşdırılır.
Yasamal Rayon İcra Hakimiyyəti yaxın günlərdə söküntü işləri ilə bağlı rəsmi açıqlama verəcəyini bildirib.
Daha çox xəbər:

Qaradağda dəfn olunan şəhidlərlə bağlı icra başçısından - Açıqlama
Bölgə
Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başladı
Cəmiyyət
Bu səbəbə görə Bakının böyük hissəsi qazsız qalacaq - FOTO - RƏSMİ
Sosial
Prezident büdcədən pul ayırdı
Gündəm, Siyasət
Bakının bu ərazilərində qaz olmayacaq
Ölkə