Gündəm, Kriminal, Ölkə
21 avqust 2024
120

Abşeronda 20 Yaşlı Qızı Qətlə Yetirən Şəxsə 10 İl Həbs Cəzası Verildi

Abşeronda 20 Yaşlı Qızı Qətlə Yetirən Şəxsə 10 İl Həbs Cəzası Verildi

Abşeron rayonunda 20 yaşlı Arzu Rəhimovanı qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin məhkəməsi yekunlaşıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda, dövlət ittihamçısı Samir Məmmədov E.Quliyevin 10 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. Müşavirədən sonra elan edilən hökmlə, E.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2023-cü ilin dekabr ayında, Fatmayı kəndində baş verib. Eynulla Quliyev, mübahisə etdiyi tanışı Arzu Rəhimovanı qətlə yetirib. Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyən E.Quliyev, polis əməkdaşları tərəfindən saxlanılıb və Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham olunub.