Gündəm, Kriminal
24 avqust 2024
42

Qobu Qəsəbəsində Qadın İntihar Edib

Qobu Qəsəbəsində Qadın İntihar Edib

Abşeron rayonunun Qobu qəsəbəsində ağır bir faciə baş verib. Məlumata görə, M.Muxtarova adlı qadın yaşadığı evin zirzəmisində böyük miqdarda sirkə turşusu içərək intihar edib. Zəhərlənmə diaqnozu ilə dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Yaxınlarının verdiyi məlumata görə, M.Muxtarovaya bir müddət əvvəl beynin işemik xəstəliyi diaqnozu qoyulmuş və bu, onda ciddi psixi problemlərə səbəb olmuşdu. Hazırda faktla bağlı araşdırma aparılır.