Gündəm, Ölkə
02 iyul 2020
323
Prezidentin açılışında iştirak etdiyi “Qobu park 3” yaşayış kompleksinin girişindəki ağaclar kəsilib — VİDEO

Paytaxtın Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinin girişində əkilmiş ağaclar kəsilib.
Qısa müddət əvvəl buradakı ağacların yaşıllığı göz oxşasa da, indi o gözəllikdən əsər-əlamət qalmayıb. Yaşayış kompleksinin daxilində olan ağaclar da quruyur.
Sakinlərin sözlərinə görə, əkildiyi gündən sonra ağaclar suvarılmayıb.
Məsələylə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə üz tutsaq da, suallarımızı cavablandıracaq kimisə tapmadıq.
Ekologiya və Təbii sərvətlər nazirliyi isə məsələdən xəbərdardır. Qurumdan Baku.Tv-ə verilən məlumata görə artıq məsələ araşdırılır.
Ağaclar təbiətimizin ağ ciyərləridir. Necə ki, koronavirus ağciyərləri zədələyərək insanı ölümə məhkum edir, elə ağacların da kəsilməsi təbiətin məhvi deməkdir.
Ümid edirik ki, bu vəhşiliyi törədənlər tezliklə layiqli cavablarını alacaqlar.

Daha çox xəbər:

Prezident Samuxda məcburi köçkünlər üçün tikilən yaşayış məhəlləsi ilə tanı ...
Cəmiyyət
Prezidentlə xanımı Gəncədədir
Gündəm, Siyasət
İlham Əliyev və Mehriban Əliyeva Gəncədə inşa edilən yaşayış kompleksinin t ...
Gündəm, Ölkə
Rayonlara gedənlər Bakıya qayıdır — Paytaxtın girişində böyük tıxac (VİDEO)
Ölkə
Abşeronda bir ailənin 6 üzvü koronavirusa yoluxdu — VİDEO
Kriminal