Gündəm, Maraqlı
12 sentyabr 2024
15

Binance "Hamster Kombat" Oyununun HMSTR Tokenini Siyahıya Alır

Binance "Hamster Kombat" Oyununun HMSTR Tokenini Siyahıya Alır

Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance, "Hamster Kombat" oyununun HMSTR tokenini siyahıya daxil etdiyini elan edib. Sentyabrın 26-dan etibarən bu kriptovalyuta ilə birjada ticarət mümkün olacaq.

Hamster Kombat oyunu, oyunçuların ekrana tıklayaraq və oyun daxilində fəaliyyət göstərərək HMSTR tokenləri qazanmasına imkan yaradır. Bu oyun "Telegram"da "kliklər" kateqoriyasına aid mini proqram şəklində fəaliyyət göstərir. Oyunçular şəkil olan düyməyə basmaqla oyundaxili sikkələr və müxtəlif bonuslar əldə edə bilərlər. Bu bonuslar həmçinin YouTube oyun videolarına baxmaqla və yeni istifadəçilər cəlb etməklə də qazanılır.

Oyun tərtibatçılarının məlumatına görə, avqustun əvvəlində proqramın istifadəçi sayı 300 milyonu keçib və "Telegram" kanalında 52 milyondan çox abunəçi var. Bu böyük populyarlıq "Hamster Kombat"ın kripto bazarındakı rolunu artırmağa davam edir.