Gündəm, Ölkə
15 sentyabr 2024
16

Paytaxtda Piyada Təhlükəsizliyi Gücləndirilir: Məktəblər Ətrafında Tədbirlər Görülüb

Paytaxtda Piyada Təhlükəsizliyi Gücləndirilir: Məktəblər Ətrafında Tədbirlər Görülüb

Bakıda piyada təhlükəsizliyinin artırılması istiqamətində işlər davam etdirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yayılan məlumata görə, xüsusilə məktəblilərin təhlükəsizliyini təmin etmək məqsədilə orta təhsil müəssisələrinin ətrafında bir sıra tədbirlər həyata keçirilir.

Bu çərçivədə, paytaxtın 101, 121 və 136 nömrəli məktəblərinin yaxınlığında yerləşən piyada keçidlərində yenilənmə işləri aparılıb. Tədbirlər piyada hərəkətinin daha təhlükəsiz və rahat olmasını təmin etməyə yönəlib.