Gündəm, Ölkə, Sosial
07 noyabr 2024
91
Polis Dövlətin Arxa Dayağıdır
Polis peşəsi ağır peşədir, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, təhsil və təcrübə tələb edir.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Ümummilli lideri
Millətimizin və dövlətimizin əsas dayaqlarından biri olan Azərbaycan polisi yüz dörd illik çətin və şərəfli bir inkişaf yolu kеçmişdir. 1918-ci il iyulun 2-də yaradılmış polis orqanlarımızın Şərqin ilk dеmokratik dövləti olan Azərbaycan Dеmokratik Rеspublikasının ərazi bütövlüyünün, vətəndaşlarının əmin-amanlığının qorunmasında, еrməni təcavüzünün dəf olunmasında böyük хidmətləri olmuşdur.
ADR-in süqutundan sonra SSRI tərkibində olan Azərbaycan milisi bu cəmiyyətin yaşadıgı bütün problеmlərin həllində, cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, хüsusən, faşist Almaniyasına qarşı qanlı müharibədə misilsiz fədakarlıq və qəhrəmanlıq göstərmişdir.
1990-cı illərin əvvəlində, Azərbaycan öz dövlət müstəqilliyini əldə еtdikdən sonra çoх böyük çətinliklərlə üzləşmişdi. Ölkə daхilində qızışan hakimiyyət mübarizəsi, bu mübarizənin körüyü ilə alovlanan хaos və anarхiya rеsrublikanı vətəndaş müharibəsinə sürükləyirdi. Хarici qüvvələrin dəstəklədiyi Еrmənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri vəziyyəti daha da çətinləşdirirdi. Həmin dövrdə bütün bu çətinliklərin əsas yükü məhz ulu öndər Hеydər Əliyеvin birinci rəhbərliyi dövründə formalaşmış Azərbaycan polisinin üzərinə düşürdü: Qarabag müharibəsi, dövlət çеvrilişi cəhdləri, kеçid dövrünün, kriminal durumun problеmləri… Müharibənin ilk illərində Azərbaycanın nizami ordusu yoх idi, ona görə də ön cəbhədə torpaq ugrunda polis vuruşurdu, şəhidlər vеrirdi. Ulu öndər Azərbaycan polisinin bu dövrdəki fədakar хidmətlərini çoх yüksək qiymətləndirmişdir: «Azərbaycan polisi şanlı bir tariх kеçibdir. Хüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabag müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Еyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.”
Yalanın, böhtanın, haqsızlığın baş alıb yeridiyi bir cəmiyyətdə yaşayır, bir çox hadisələrin canlı şahidi oluruq. Və bu hadisələr baş verdiyi anda “Qoy qanun cavab versin” deməklə qanuna sığınırıq.
Polis hər zaman asayişin və təhlükəsizliyimizin keşiyindədir. Ötən qısa müddəti nəzərə alsaq Azərbaycan polisi son dərəcədə əhəmiyyətli missiyaların öhdəsindən gəlib. Pandemiya və müharibə dövründə polisin xidmətlərini xüsusi vurğulaya bilərik. Eyni zamanda onlar təhlükəsizliyin təmin olunması ilə yanaşı ön cəbhədə də fəal olub. Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də Daxili İşlər Orqanlarının əməkdaşları arasında şəhidlərimiz olub. Azərbaycan polisinin təhlükəsizliyimiz və suverenliyimizin qorunmasında müstəsna xidmətləri var.
Yalanın, böhtanın, haqsızlığın baş alıb yeridiyi bir cəmiyyətdə yaşayır, bir çox hadisələrin canlı şahidi oluruq. Və bu hadisələr baş verdiyi anda “Qoy, qanun cavab versin” deməklə qanuna sığınırıq.
Yazımın əsas mövzusu da böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsi olan polis peşəsi və bu peşənin layiqli sahibi, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, Polis General Mayoru Teymur Hacıyevdir.
Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, Polis General Mayoru Teymur Hacıyev Gəncə şəhərində bir çox müsbət işlərə imza atıb. Heç kimə sirr deyil ki, polis peşəsi böyük məsuliyyət tələb edir. Bu peşəyə yiyələnən insan cəmiyyətin və ətrafında olan hər bir fərdin təhlükəsizliyinə cavabdehdir. Gəncə polisi bu gün işini insanları razı sala biləcək formada qurub. Bəli, bu gün bütün gəncəlilər belə çətin və şərəfli işin öhdəsindən layiqincə gələn Teymur Hacıyev şəhər əhalisinin rahat yaşayışını, təhlükəsizliyini qoruyan, gecə-gündüz yuxu bilmədən asayişin keşiyində duran Gəncə Şəhər Baş Polis İdarəsinin bütün əməkdaşlarının əziyyətləri danılmazdır.
Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, Polis General Mayoru Teymur Hacıyev başda olmaqla, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin keşiyində ayıq-sayıq dayanan, yorulmaq bilmədən çalışan Gəncə Şəhər Polis Şöbəsinin bütün əməkdaşlarını 8 noyabr Zəfər bayramı münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rayon əhalisinin, xalqımız və dövlətimizin təhlükəsizliyi naminə gördüyü işlərdə uğurlar diləyirəm.
Bir daha bayramınız mübarək, Teymur müəllim!
Daha çox xəbər:
Teymur Hacıyevin Mehriban Əliyevanı Təbrik Mesajı
Gündəm, Cəmiyyət, ÖlkəPEŞƏ BAYRAMINIZ MÜBARƏK!
Gündəm, Cəmiyyət, ÖlkəBu gün polis işçilərinin peşə bayramı günüdür
Gündəm, Cəmiyyət, ÖlkəPolis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir
Gündəm, Siyasət, ÖlkəBinəqədi Rayon Polis İdarəsi 40 saylı Polis Bölməsinin Baş təhqiqatçısı Po ...
Gündəm