Gündəm, Ölkə, Sosial
26 avqust 2025
184

19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC direktoru Nazim Eynallı: "Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva"

19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC direktoru Nazim Eynallı: "Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva"
Müasir Azərbaycanın ictimai-siyasi həyatında qadın liderlər arasında özünəməxsus mövqeyi və dərin iz buraxan şəxsiyyətlərdən biri, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Arif qızı Əliyevadır. Onun fəaliyyəti ölkəmizdə insan amilinin önə çəkilməsinə, sosial bərabərliyin təmin olunmasına və milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən parlaq nümunələrdəndir.Mehriban Əliyeva ölkə rəhbərliyində təmsil olunmaqla yanaşı, daim xalqla iç-içə olan, onların qayğı və ehtiyaclarına həssaslıqla yanaşan bir dövlət xadimidir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu illərdir Azərbaycanın sosial-iqtisadi, humanitar və mədəni həyatına mühüm töhfələr verir. Təhsil ocaqlarının inşası və yenidən qurulması, müalicə müəssisələrinin yaradılması, mədəni irsimizin qorunması və gənc nəslin sağlam ruhda yetişməsi istiqamətində görülən işlər birbaşa Mehriban xanımın təşəbbüsü və nəzarəti ilə həyata keçirilir. Mehriban xanım Əliyeva xüsusilə aztəminatlı ailələr, şəhid ailələri, qazilər, valideyn himayəsindən məhrum uşaqlar və xəstəlikdən əziyyət çəkən insanlar üçün hər zaman əlçatan, qayğıkeş və dəstəkverici bir fiqur olmuşdur. Onun fəaliyyəti hər zaman yüksək humanist prinsiplərə əsaslanır və bütün sahələrdə insan mərkəzli yanaşmanı özündə ehtiva edir.Birinci Vitse-Prezident kimi vəzifəyə başladığı gündən Mehriban xanım cəmiyyətin rifahı və dövlətin sosial siyasətinin gücləndirilməsi istiqamətində mühüm qərarlar və təşəbbüslərlə çıxış etmişdir. O, bölgələrə səfərlər edir, insanların problemləri ilə yerindəcə tanış olur, onların həlli üçün konkret addımlar atır. Bu, onun yalnız kabinet rəhbəri olmadığını, xalqla birbaşa ünsiyyətə önəm verdiyini və xidmət anlayışını sadəcə vəzifə ilə deyil, vicdanla bağladığını göstərir.Mehriban xanım Əliyevanın fəaliyyəti eyni zamanda Azərbaycan qadınının müasir, ziyalı, cəsarətli və dövlətə bağlı obrazının formalaşmasına xidmət edir. O, ailə dəyərlərinə yüksək önəm verən, ana və həyat yoldaşı kimi də nümunəvi davranış sərgiləyən bir xanımdır. Onun timsalında qadınların cəmiyyət həyatında fəal iştirakı və liderlik qabiliyyəti özünün ən yüksək ifadəsini tapır.Mehriban xanım həmçinin ölkəmizin dünyada tanıdılmasına, Azərbaycanın mədəniyyətinin və tarixi irsinin təbliğinə böyük töhfələr verir. O, Azərbaycan mədəniyyətinin zənginliyini beynəlxalq platformalarda təqdim edir, mədəni körpülər yaradır və ölkəmizi dünyada tolerant, humanist, inkişaf edən bir cəmiyyət kimi tanıdır.
26 avqust tarixində, Mehriban xanım Əliyevanın doğum günü münasibətilə onu ürəkdən təbrik edirik. Onun həyat yolu və fəaliyyəti Azərbaycan xalqı üçün qürur mənbəyidir. Mehriban xanımın zəhməti, mərhəməti, vətənə və xalqa sevgisi hər bir Azərbaycan vətəndaşının dəyər verdiyi ən ali keyfiyyətlərdəndir.Mehriban xanım Əliyevaya doğum günü münasibətilə möhkəm can sağlığı, ailə səadəti və xalqımıza göstərdiyi şərəfli xidmətlərdə davamlı uğurlar arzulayırıq!Sizinlə qürur duyuruq, Mehriban xanım! Doğum gününüz mübarək!