Gündəm, Ölkə
09 sentyabr 2025
227

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə müəllimlərin işlə təmin olunmasına dair qərar

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə müəllimlərin işlə təmin olunmasına dair qərar
Xeberim.info xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki, optimallaşdırılma prosesi aparılan müəssisələrdə çalışan və Abşeron rayonu ilə Sumqayıt şəhərində məskunlaşan pedaqoji heyətin işlə təmin olunması istiqamətində müraciət Abşeron-Xızı Regional Təhsil İdarəsinə daxil olmuşdur.
Müraciət əsasında müvafiq imkanlar araşdırılmış, Abşeron rayonu və Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində mövcud vakansiyalar müəyyən edilmişdir. Nəticədə siyahıda adı çəkilən pedaqoqların 2025–2026-cı tədris ilindən etibarən həmin məktəblərdə müddətsiz əmək müqaviləsi əsasında işə qəbuluna (yerdəyişməsinə) razılıq verilmişdir.
Qərar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 27.2 və 27.3-cü maddələrinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Müəllimlərin ixtisas uyğunluğu nəzərə alınmaqla, onların işə qəbulu 15 sentyabr 2025-ci il tarixdən rəsmiləşdiriləcək. Əmək müqavilələrinin bağlanması elektron informasiya sistemi üzərindən elektron sənəd formasında həyata keçiriləcəkdir.
Bu addım pedaqoji heyətin məşğulluğunun təmin olunması ilə yanaşı, Abşeron və Sumqayıt məktəblərində tədris prosesinin daha da gücləndirilməsinə xidmət edəcək.