Gündəm, Cəmiyyət, Ölkə
23 sentyabr 2025
236
Millət Vəkili Məlahət İbrahimqızına şər-böhtan yaraşmır. Yaxşıya yaxşı demək vicdan borcudur

Son dövrlərdə sosial şəbəkələrdə və bəzi özünü “media” adlandıran mənbələrdə həqiqəti əks etdirməyən, qərəzli və şantaj xarakterli məlumatların tirajlanması təəssüf doğurur. Bir neçə ay bundan əvvəl də buna bənzər hadisə yaşandı: guya Milli Məclisin üzvü, hörmətli millət vəkilimiz Məlahət İbrahimqızı Xankəndini tərk edən ermənilərə kompensasiya verilməsi ilə bağlı müsahibə verib. Halbuki, belə bir müsahibə olmayıb, heç bir rəsmi mənbə göstərilməyib. Sadəcə, uydurma xəbər əsasında ictimai rəy manipulyasiya edilməyə cəhd göstərilib.
Məlahət İbrahimqızı uzun illərdir dövlətə, dövlətçiliyə və Prezident İlham Əliyevin siyasətinə sədaqətlə xidmət edən millət vəkilidir. Onun fəaliyyəti hər zaman şəffaf, prinsipial və xalqın maraqlarına uyğun olub. Dövlətçiliyin mənafeyinə zidd bir açıqlama verməsi qətiyyən mümkün deyil. Onun həyat yolu, siyasi mövqeyi və fəaliyyət prinsipi bunu tam sübut edir.
Burada məqsəd aydındır: Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq, millət vəkilinin nüfuzunu zədələmək və ictimai rəyi yanlış istiqamətə yönəltmək. Bu isə nə peşəkar jurnalistikadır, nə də informasiya azadlığı. Bu, açıq şəkildə şər-böhtan kampaniyası, şantaj və qarayaxmadır.
Unutmaq olmaz ki, media cəmiyyətin güzgüsüdür. Jurnalistikanın əsas prinsipləri obyektivlik, dəqiqlik, mənbələrin mötəbərliyi və tərəfsizlikdir. Təəssüf ki, bəzi şəxslər bu prinsipləri tapdalayaraq, informasiya vasitələrini şəxsi maraqlarına xidmət etdirməkdən çəkinmirlər. Onlar ucuz sensasiya xatirinə insanlara, xüsusilə də dövlətin maraqları uğrunda çalışan millət vəkillərinə böhtan atmaqdan belə çəkinmirlər.
Azərbaycan cəmiyyəti yaxşı bilir ki, Məlahət İbrahimqızı hər zaman Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəal mübarizə aparıb. Onun beynəlxalq tribunlardan səsləndirdiyi çıxışlar, Azərbaycanın haqq səsinin müdafiəsi istiqamətində fəaliyyəti hər kəsə məlumdur. Belə bir vətənpərvər, dövlətinə bağlı şəxs barəsində yalan və uydurma xəbərlər yaymaq yalnız milli maraqlarımıza zərbə vurmaqdır.
Şantajçı jurnalistlər anlamalıdırlar ki, böhtanla, yalanla heç kəsi nüfuzdan sala bilməzlər. Əksinə, cəmiyyət onları tanıyır və belə yalan kampaniyaları ciddi qəbul etmir. Bu cür hallara qarşı həm hüquqi, həm də ictimai mübarizə aparılmalı, cəmiyyətimizi çaşdırmaq istəyənlər ifşa edilməlidir.
Məlahət İbrahimqızına qarşı yazılan əsassız yazılar heç bir mənbəyə, faktlara söykənmir. Bu isə onları dərhal etibarsız edir. Əgər doğrudan da belə bir müsahibə olsaydı, həmin media orqanları ən azı səs yazısı, video və ya rəsmi link təqdim edərdi. Lakin ortada heç bir sübut yoxdur. Deməli, məqsəd sadəcə qarayaxmadır.
Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, belə uydurma xəbərlərlə Məlahət xanımın nüfuzuna kölgə salmaq mümkün deyil. Çünki onun fəaliyyəti göz önündədir – həm parlamentdə, həm də ictimai-siyasi müstəvidə göstərdiyi xidmətlər dövlətə və xalqa sədaqətin bariz nümunəsidir.
Nəticə olaraq qeyd etmək olar ki, şantajçı jurnalistlərin uydurmaları heç bir zaman həqiqəti əvəz edə bilməz. Məlahət İbrahimqızı Azərbaycanın ən prinsipial və dövlət maraqlarını hər zaman qoruyan millət vəkillərindən biridir. Ona atılan şər-böhtan isə sadəcə cılız təxribat cəhdidir.
Millət Vəkili Məlahət İbrahimqızına şər-böhtan yaraşmır!
Daha çox xəbər:

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Bərxudar Bərxudarov şər- ...
Gündəm, Cəmiyyət, Ölkə
“Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İst ...
Gündəm, Ölkə, Sosial
Beyləqan rayon Məhkəməsi sədrinin köməkçisi Zaur Quliyev haqqında yazılanla ...
Gündəm, Cəmiyyət, Ölkə
Karantin rejimi yumşaldılacaq? (VİDEO)
Cəmiyyət
Məlahət Abbasova Röyanı yenə tənqid etdi
Şou biznes