Gündəm, Hadisə
28 fevral 2026
7
İran-İsrail münaqişəsi Bakıdan uçuşlara TƏSİR ETDİ
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-021 nömrəli Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.
Oxu.Az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib.
Qeyd olunub ki, AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
Əlavə məlumat əldə etmək üçün sərnişinlər callcenter@azal.az imeyl ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.
11:40
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus iki təyyarə - J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reyslərindən İran hava məkanının bağlı olması ilə əlaqədar Bakıya geri dönüb.
Oxu.Az xəbər verir ki, AZAL-dan verilən məlumata əsasən, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 10:47-də müvəffəqiyyətlə eniş həyata keçirib. Bakı-Ciddə reysinin isə yaxın vaxtlarda Bakı hava limanına enişi planlaşdırılır.
AZAL Yaxın Şərq regionundakı cari vəziyyəti diqqətlə monitorinq etməyə davam edir və uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə bütün zəruri addımları atır. Sərnişinlər uçuş cədvəlində baş verən dəyişikliklər haqqında operativ qaydada xəbərdar ediləcəklər.
Ətraflı məlumat almaq üçün sərnişinlər callcenter@azal.az imeyl ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.
Məhərrəm Əliyev

Daha çox xəbər: