Gündəm, Ölkə
03 iyul 2020
357
Azərbaycan ordusunun bəzi bölmələri karantinə nəzarətə cəlb edildi — RƏSMİ

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb ediləcək.
Bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.
Qeyd edilib ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.

Daha çox xəbər:

Paytaxtda yenidən karantin postları qurulub — RƏSMİ
Ölkə
Sərt karantin rejimi qaydalarına nəzarət gücləndirildi — VİDEO
Gündəm, Ölkə
Koronavirusa görə iş saatları dəyişdi — Ramiz Mehdiyevdən SƏRƏNCAM
Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Cəmiyyət
Daxili İşlər Nazirliyindən sərt karantin günləri ilə bağlı əhaliyə XƏBƏRDAR ...
Gündəm, Cəmiyyət