Gündəm, Dünya
16 mart 2026
3
“Uran ehtiyatı dağıdılmış nüvə obyektlərinin altında qalıb”

“İranın zənginləşdirilmiş uran ehtiyatı dağıdılmış nüvə obyektlərinin altında qalıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “CBS News” kanalında yayımlanan “Face the Nation with Margaret Brennan” verilişində verdiyi müsahibədə deyib.
Nazir qeyd edib ki, bunun yenidən çıxarılması və ya beynəlxalq nəzarət altında məhv edilməsi üçün Tehranın hələlik aktiv bir planı yoxdur.
Əraqçi onu da bildirib ki, İran Hörmüz Boğazını bağlamayıb və hazırda bəzi ölkələrlə gəmi təhlükəsizliyi məsələləri barədə məsləhətləşmələr aparır.
Daha çox xəbər:

Tramp: "ABŞ İrana qarşı döyüş əməliyyatlarına başlayıb"
Gündəm, Dünya
Netanyahu İranı TƏHDİD ETDİ – Müharibə başlayır?
Dünya
Bayden İranı sanksiya ilə hədələdi
Dünya
“ABŞ İranla nüvə anlaşmasına qayıtmağa hazırdır” - Bayden
Dünya
Prezidentin köməkçisindən İranın münaqişənin həllindəki rolu ilə bağlı AÇIQ ...
Siyasət