Gündəm, Ölkə
31 mart 2026
5
Azərbaycan nefti bahalaşır - Manatın taleyi necə olacaq?

Dünya bazarlarında enerji qiymətlərinin artımı fonunda Azərbaycan neftinin dəyəri son dörd ilin ən yüksək səviyyəsinə çatıb. Belə ki, bu gün Azərbaycan neftinin bir barelinin qiyməti 3,81 ABŞ dolları və ya 3,07% artaraq 128,05 ABŞ dolları təşkil edib.
Neft qiymətlərindəki bu artım fonunda əsas suallardan biri də manatın gələcək taleyi ilə bağlıdır. Artan neft qiymətləri Azərbaycan manatına necə təsir edəcək? Bu proses Mərkəzi Bankın valyuta siyasətində dəyişikliklərə səbəb ola bilərmi?
Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Eldəniz Əmirov ilk olaraq qeyd edib ki, neftin qiymətinin artması bir zaman kəsiyini əhatə edir, davamlı deyil və davamlı olmayacaq, daha sonra neftin qiymətlərində enişlər olacaq:
"Amma bu zaman kəsiyində manatın məhz həmin məqam üçün dəyər qazanması kimi deyil, ondan sonrakı dönəmdə dəyər itirməməsi üçün ehtiyat hissənin toplanması anlamı kimi qəbul etmək lazımdır".
İqtisadçının sözlərinə görə, ölkədə bu tip qiymət artımları valyuta daxil olmalarını yüksəldir:
"Yəni, ölkəyə valyuta daxil olmalarının artması valyuta ehtiyatlarını artırılmasına xidmət edir. Eyni zamanda, müəyyən dövləti investisiya layihələrini həyata keçirmək və digər hədəflərə çatmaq üçün maliyyə imkanı yaradır. Bu maliyyə imkanının yaraması isə həm də manata olan təzyiqin azalması deməkdir".
Ətraflı
Azərbaycan neftinin bahalaşmasının Mərkəzi Bankın valyuta siyasətinə təsirləri haqqında danışan iqtisadçı bildirib ki, bütün hallarda neft hətta 200 dollara qalxsa belə, manatın dollar qarşısında bahalaşacığını gözləmək doğru deyil:
"Ona görə də neft qiymətlərinin hansı formada dəyişməsindən asılı olmayaraq yaxın perespektivdə Mərkəzi Bankın pul siyasətində ciddi dəyişiklərin olacağını gözləmirəm".
"Neftin bahalaşması uzunmüddətli perspektivdə manatın sabitliyini təmin edirmi” sualına isə cavab olaraq iqtisadçı bildirib ki, uzun müddətli perespektivdə isə artıq hansı qərarların veriləcəyi digər makroiqtisadi göstəricilərin vəziyyətindən asılıdır:
"Bütün hallarda manatın taleyinin perespektivi ilə bağlı təhlilinə gəldikdə, birmənalı şəkildə qeyd etmək istəyirəm ki, manatın dollar qarşısında bahalaşacağını gözləmək sadəlövlükdür. Manatın ən böyük uğuru o olar ki, uzun illər dolların qarşsında ucuzlaşmasın. Hazırkı vəziyyətdə dövlətin ana xəttində strateji istiqamətlərdən biri də hökumətin makroiqtisadi tarazlığı qorumaq üçün manatın məzənnə stabilliyənə üstünlük verməsidir və hesab edirəm ki, bu siyasət qarşıdakı bir neçə il ərzində də davam etdiriləcək".
Günay İlqarqızı
Daha çox xəbər:

Azərbaycan neftinin qiyməti 70 dollara çatır
İqtisadiyyat
2021-ci ildə də manatın məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq - Naz ...
İqtisadiyyat
Dollar və manatın bugünkü məzənnəsi
İqtisadiyyat
Vahid Əhmədov Operativ Qərargahı TƏNQİD ETDİ
Siyasət
“Manatın effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb”
Cəmiyyət