Gündəm, Ölkə
06 iyul 2020
494
Lənkəranda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları icra başçısı tərəfindən uğurla yerinə yetirilir
Lənkəranda karantin rejiminin vəziyyəti ilə bağlı reyd keçirilib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və İcra aparatında yaradılmış operativ qərargahın üzvlərinin birgə iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasının Lənkəran rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazırlər Kabinetinin müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti həyata keçirmək məqsədilə reyd keçirilib.
Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, avtovağzal və mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektləri və ictimai nəqliyyat vasitələrini əhatə edib.
Əhali ilə söhbətlərində Prezident İlham Əliyevin səyləri ilə koronavirus pandemiyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verən İcra başçısı T.Qaraşov respublikanın bir sıra şəhər və rayonları ilə yanaşı Lənkəranda da karantin rejiminin iyulun 20-dək uzadıldığını qeyd edərək, vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyə, onları gigiyenik vasitələrdən, o cümlədən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla təmas məsafəsini gözlənməyə çağırıb. Reyd zamanı həmçinin aidiyyatı qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.
Söhbət zamanı vətəndaşlar dövlət tərəfindən tətbiq olunan tədbirlərə müsbət yanaşdıqlarını, bütün bu kimi qaydaların məhz insanlarımızın sağlamlığına xidmət etdiyini, dövlət başçısı və eləcə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarını bildiriblər.
Görüş və söhbətlər zamanı müxtəlif şəxslərə maskalar paylanılıb.
Həmin gün karantin qaydalarına əməl etməyən bir sıra şəxslər polis tərəfindən inzibati qaydada cərimələnib və onlara bir daha müəyyən olunmuş qaydaları pozmamaq barədə xəbərdarlıq olunub.
Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti onlayn müşavirə keçirilib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov inzibati ərazi dairələrindəki nümayəndələri, bələdiyyə sədrləri, ərazi üzrə fəaliyyət göstərən tərkibində əsasən ərazidə hörmətli ağsaqqalları, ziyalıları, fəal gəncləri və din xadimlərini özundə birləşdirən qərargah üzvləriinin iştirakı ilə növbəti onlayn müşavirə keçirib. Müşavirədə ölkədə koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar cənab Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyyə və tapşırıqlarına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibdə keçirilmiş video-müşavirədə qarşıya qoyulmuş vəzifələr müzakirə olunub. Rayonda koronavirus pandemiyasına qarşı mübarizənin təşkili və mövcud vəziyyət barədə operativ məlumatları dinləyən İcra başçısı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə bağlı qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Yerlərdə əhali tərəfindən sanitariya-epidemioloji qaydalara tam riayət edilməsinin, karatin qaydalarının hər yerdə gözlənilməsinin, bu barədə təbliğat işlərinin daim gücləndirilməsinin vacibliyini qeyd edən İcra başçısı mobil qrupların üzvlərinin, ictimai fəal gənclərin, ağsaqqal ziyalıların təbliğat-izahat işlərinə geniş cəlb olunmalarını təşkil etməyi İcra nümayəndələrindən və əlaqədar məsul şəxslərdən bir vəzifə olaraq tələb etmişdir. Xüsusilə qoruyucu maskalardan, gigiyenik vasitələrdən müntəzəm istifadə olunmasına, ictimai yerlərdə, nəqliyyat vasitələrində təmas məsafəsinin gözlənilməsinə, bankların, vətəndaşların daha çox müraciət etdikləri idarə və təşkilatların qarşısında, iri marketlərdə xüsusi işarələnmiş yerlərdə növbə tutmalarına ciddi nəzarət edilməsinin vacibliyini vurğulayıb. İcra başçısı bu tələblərə əməl olunmayan yerlərdə cavabdehlik daşıyan hər bir vəzifəli şəxsin məsuliyyət hissinin artırılmasının çox vacibliyini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Son günlər Lənkəran şəhəri və onun icra başçısı Taleh Qaraşov haqqında bəzi mətbuat orqanlarında çeşidli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə Lənkəran şəhərində olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.
Qeyd edək ki, faktiki olaraq Lənkəran şəhərində vəziyyət heç də yazılanlar kimi deyil. Əksinə, şəhərdə durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da gərək yoxdur. Buyurub, Lənkərana təşrif gətirmək kifayətdir.
Yox, əgər onlar özlərinə əziyyət verib, Lənkəran şəhərinə gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.
Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları da bir araya gətirmək üçün belə deyil, ədalətli olmaq lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.
Bu bir həqiqətdir ki, Lənkəran şəhərində vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Taleh Qaraşov vəzifəsini bir-bir yerinə yetirməkdədir. Bunun üçün şəhər sakinləriylə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.
Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayah hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.
Hazırda şəhərə rəhbərlik edən icra başçısı Taleh Qaraşovun Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşı. Hazırda Taleh Qaraşovun gərgin əməyi və zəhməti sayəsində Lənkəran sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Lənkəran rayon İcra Hakimiyyəti Başçısı cənab Taleh Qaraşovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Lənkəranın əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır.
Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.
Bu gün Lənkəranda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır.
Daha çox xəbər:
Asif Əsgərov: Karantin rejiminin sərtləşdirilməsi vətəndaşların sağlamlığın ...
Gündəm, SiyasətTərtərin icra başçısı COVID-19-a yoluxması barədə xəbərlərə aydınlıq gətird ...
ÖlkəRüstəm Xəlilov hər zaman vətəndaşlarla mütəmadi olaraq görüşür və onların p ...
Gündəm, Cəmiyyətİcra başçısı koronavirusa yoluxdu – İcra Hakimiyyəti karantinə alındı
Gündəm, ÖlkəEmin Musayev cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə v ...
Gündəm, Ölkə