Gündəm, Siyasət
05 iyun 2020
452
Prezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı

Prezident İlham Əliyev Zərdab rayonunun Ucar-Zərdab-Ağcabədi (32 km)-Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Ucar-Zərdab-Ağcabədi (32 km)-Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Daha çox xəbər:

Prezident “Ağcabədi-2” elektrik yarımstansiyasının istifadəyə verilməsi mər ...
Gündəm, Siyasət
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi — RƏSMİ
Cəmiyyət
İlham Əliyev Ağcabədidə — FOTO / YENİLƏNİB
Gündəm, Siyasət
Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ — VİDEO
Cəmiyyət
Saleh Məmmədov: Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurları ...
Gündəm, Cəmiyyət