Gündəm, Ölkə
14 iyul 2020
349
Azərbaycan Ordusu daha 7 şəhid verdi — Biri generaldır - SON DƏQİQƏ - FOTO
Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub.
Report xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.
"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", o bildirib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adlarıları çəkilən hərbi qulluqçuları da şəhid olub:
1) Mayor Əhmədov Namiq Hajan oğlu
2) Mayor Novruzov Anar Gülverdi oğlu
3) Gizir Zeynallı İlqar Ayaz oğlu
4) Gizin Babayev Yaşar Vasif oğlu
5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev
Daha çox xəbər:
Azərbaycan mayor şəhidini qarşılayır — VİDEO
SiyasətNazir müavini: “Hazırda cəbhə bölgəsində döyüşlər davam edir” — SON DƏQİQƏ
Gündəm, ÖlkəErmənistan cəbhədəki itkilərini etiraf etməyə başladı
DünyaMüdafiə Nazirliyi video yaydı - Baş leytenant şəhid oldu
Kriminalİlham Əliyev bir qrup hərbçini təltif etdi — SİYAHI
Gündəm, Siyasət