Gündəm, Cəmiyyət
29 iyul 2020
1258

Rafael Mehrəliyevin Qurban bayramı münasibətilə təbriki

Rafael Mehrəliyevin Qurban bayramı münasibətilə təbriki


Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev – Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.

Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar ALLAHA yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların ALLAH dərgahında qəbul olunması arzusu ilə bir daha hər birinizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.



Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev - Prezident cənab İlham Əliyev tərəfindən son aylarda ölkədə qayğıya xüsusi ehtiyacı olan təbəqənin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan humanist addımlar dövlət-vətəndaş həmrəyliyinin ən bariz nümunəsidir.Bu bir daha göstərir ki, Azərbaycan Prezidenti hər zaman öz vətəndaşının yanındadır. Prezidentimizin bütün fəaliyyəti xalqın sosial-rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir.
Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətindəardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinindaha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır. Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlümexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.
Son aylar bəşəri bəlaya çevrilmiş, həmçinin çoxsaylı insan tələfatına və iqtisadi deqradasiyaya səbəb olmuş, xüsusən gərgin psixoloji böhran formalaşdırmış pandemiya şəraitində hökumət səviyyəsində qəbul edilmiş mühüm qərarlar, əvvəlcədən yaradılan infrastrukturlardan təyinatı üzrə istifadə edilməsi, eləcə də yeni istehsal və tibbi müəssisələrin inşası həyata keçirilən siyasətin zaman baxımından doğruluğunu və vacibliyini bir daha göz önünə gətirir. İndiki şəraitdə dünyada yaranan xaos və nizamsız idarəetmədən fərqli olaraq cənab Prezidentin xüsusi göstərişi ilə qısa müddətdə respublika ərazisində müvafiq tibbi məmulatların istehsalına başlanılması, respublikamızda maska və tibbi spirt qıtlığına rast gəlinməməsi dövlət başçısının qətiyyətindən və bənzərsiz idarəçilik qabiliyyətindən xəbər verir.
Bu çətin günlərdə xalqı ilə həmrəy olmaq, o cümlədən işsizlər üçün müəyyənləşdirilmiş müavinətlərin verilməsində operativliyi təmin etmək, aztəminatlı ailələrin övladlarının təhsil haqqlarının dövlət tərəfindən ödənilməsi kimi mühüm qərarlar qəbul etmək, sahibkarlara bu çətin dönəmlərdə dəstək olmaq və s. məsələlər Azərbaycan xalqı tərəfindən xüsusi rəğbətlə qarşılanaraq humanist rəhbərə qarşı olan sevginin diapazonunu sərhədsiz genişləndirmişdir. Bundan başqa, ən mürəkkəb vəziyyətlərdə, eləcə də həssas dönəmlərdə vətəndaşlarımızın birmənalı şəkildə ölkə rəhbərliyinin çağırışlarına adekvat cavab verməsi, o cümlədən sağlam cəmiyyət uğrunda aparılan mübarizədə önərilən tələblərə qarşı loyallıq göstərməsi dövlət başçısına olan hədsiz inam və etimadın nəticəsidir.
Digər tərəfdən ölkəmizdəki müsbət dinamika göz qabağındadır. Belə ki, cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına görə ümumi daxili məhsulda 1,1 faiz artım, qeyri-neft sektorunda isə 3 faizdən bir qədər çox artım qeydə alınmışdır. Bütün dünyanın koro¬navirus pandemiyasına görə böhrana düçar olduğu vaxtda ölkəmizdə həm ÜDM-də, həm də qeyri-neft sektorunda inkişafın qeydə alınması bir daha deməyə əsas verir ki, uğurla aparılan siyasət hər vəziyyətdə və hər cür şəraitdə öz bəhrəsini verir.
Hər zaman olduğu kimi, koronavirus dövründə də əhalinin həssas qruplarına müvafiq yardımlar edildi. Bunun nəticəsidir ki, hər gün paytaxtdan və regionlardan Prezident İlham Əliyevin ünvanına minlərlə səmimi minnətdarlıq məktubları göndərilir. Bu məktublar insanların ölkə Prezidentinə olan inamının, etibarının daha bir təzahürüdür. Bu məktublar xalq-iqtidar birliyini bir daha ortaya qoyur.
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli