Gündəm, Cəmiyyət, Ölkə
06 iyul 2022
1141

Şüarımız “Fürsətləri qaçırma, Rahat yaşa”

Şüarımız “Fürsətləri qaçırma, Rahat yaşa”
Ramil Fərəcov Şahin oğlu.
1984-cü ildə Kürdəmir rayonunda anadan olub.
Bakı şəhərində böyüyüb başa çatıb. 18 ildir ki, Pərakəndə platformasında çalışıram. Hal-hazırda Rahat supermarketlər şəbəkəsində çalışır.


"RAHAT" supermarketlər şəbəkəsi 2009 - cu ilin may ayından yerli bazarda ticarət və pərakəndə satış fəaliyyətinə başlamışdır. Biznes fəaliyyətinə "RAHAT" ticarət markası ilə başlayan şəbəkə 2009-cu ilin may ayında özünün ilk layihəsini reallaşdırmışdır. Uğurlu investisiya siyasəti nəticəsində şirkət qısa bir zamanda Azərbaycanın ən böyük marketlər şəbəkələrindən birini yaratmağa nail olmuşdur. Hal-hazırda Bakı şəhərinin müxtəlif nöqtələrində "RAHAT" brendi altında 68 market fəaliyyət göstərir. Müştərilərinə yüksək səviyyəli xidmət göstərmək və münasib qiymətə keyfiyyətli məhsul təqdim etmək şirkətin əsas məqsədidir. Niyə məhz “Rahat” market? Cavab sadədir – “Rahat” market yanınızdadır, “Rahat” marketdə qiymətlər münasibdir, məhsullarımızın çeşidi geniş və müxtəlifdir, müştərilər üçün böyük endirim və hədiyyə günləri, müxtəlif lotereya və maraqlı aksiyalar keçirilir. Biz hər zaman müştəri məmnuniyyətinin artırılması və xidmət səviyyəsinin yaxşılaşdırılması üçün çalışırıq. Buna görə də biz bütün müştərilərimizin iradlarını dinləyib ən qısa zamanda yaranan problemləri həll etməyə, həmçinin onların təkliflərini müzakirə edib həyata keçirməyə hazırıq.

Şüarımız “Fürsətləri qaçırma, Rahat yaşa”

“Rahat” supermarketlərin də daxil olduğu "ANC GROUP" MMC öz əməkdaşlarının maddi və sosial fəaliyyətinin, həmçinin iş şəraitinin yaxşılaşdırılması sahəsində əməli işlər görür, gələcəyə aid planlar hazırlayır və perespektiv vəd edən gənclərə investisiya yatırır.
Port Baku Bazar
"Port Baku Bazar" market 2014 - cü ilin aprel ayından yerli bazarda ticarət və pərakəndə satış fəaliyyətinə başlamışdır. Biznes fəaliyyətinə "Port Baku Bazar" ticarət markası ilə başlayan şəbəkə 2014-cü ilin oktyabr ayında özünün ilk layihəsini reallaşdırmışdır. Uğurlu investisiya siyasəti nəticəsində market qısa bir zamanda müştərilərin rəğbətini qazanmışdır. Müştərilərinə xarici ölkələrdən gətirilmiş yüksək səviyyəli və keyfiyyətli məhsulları təqdim etmək, xidmət göstərmək şirkətin əsas məqsədlərindəndir. Biz hər zaman müştəri məmnuniyyətinin artırılması və xidmət səviyyəsinin yaxşılaşdırılması üçün çalışırıq. Buna görə də biz bütün müştərilərimizin iradlarını dinləyib ən qısa zamanda yaranan problemləri həll etməyə, həmçinin onların təkliflərini müzakirə edib həyata keçirməyə hazırıq.
“Port Baku Bazar” marketin də daxil olduğu"ANC GROUP" MMC öz əməkdaşlarının maddi və sosial fəaliyyətinin, həmçinin iş şəraitinin yaxşılaşdırılması sahəsində əməli işlər görür, gələcəyə aid planlar hazırlayır və perespektiv vəd edən gənclərə investisiya yatırır.
Yeni, tam fərqli formatda, hər marketdə tapa bilməyəcəyiniz dünya markalarını özündə cəmləyən, əsl qurmanların sevdiyi bir məkan ola biləcək xüsusi ilə “RAHAT” gourmetmarket üçün gətirilən bir çox məhsullarla birgə, 10 mindən çox məhsul çeşidi ilə müştərilərinin xidmətində olan yeni gourmetmarket, səbirsizliklə onu sevən müştərilərini gözləyir.
Çeşidli ət məhsulları və delikateslər, yüksək keyfiyyətli, istənilən zövqə uyğun, bir sıra xarici ölkələrin qabaqcıl istehsalçılarından növbənöv içkilər, çeşidli süd məhsulları, hər növ çərəzlər və quru meyvələr, qurmanlarımız tərəfindən hər gün hazırlanan, qoxusundan doya bilməyəcəyiniz hazır yeməklər, dadını heç vaxt unuda bilməyəcəyiniz şirniyyatlar, təndirdən isti-isti çörəklər sizin seçim ixtiyarınızdadır! Milli və xarici mətbəxin istənilən zövqə və ağız dadına uyğun nümunələrini marketimizdə yerləşən restoranımızda dada bilərsiniz.
Açılışda "Rahat” supermarketlər şəbəkəsinin rəhbəri və Azərbaycan Pərakəndəçilər Assosiasiyasının direktoru Samir Abdullayev də iştirak edib.Tədbirdə bir sıra layihələr üzrə fikir mübadiləsi də aparılıb.
Xüsusi tərtibatda hazırlanan yeni Gourmetmarket ən son texnoloji avadanlıqlarla təchiz olunub
Əziz müştərilər, hər birinizi yeni filialımıza dəvət edirik.
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli