Gündəm, Cəmiyyət, Sosial, Bölgə
14 iyul 2022
1373

Göyçay avtovağzalında süni qiymət artımı müşahidə olunur? – İDDİA

Göyçay avtovağzalında süni qiymət artımı müşahidə olunur? – İDDİA
Rayonlardan Bakıya və digər istiqamətlərə gediş üçün bilet satışında süni qiymət artımları müşahidə olunmaqdadır. Mənbədən daxil olan məlumata əsasən bu avtovağzallardan biri də Göyçay rayon avtovağzalıdır. Müşahidələrdən məlum olur ki, daha doğrusu, Göyçay rayon avtovağzalında kassa işləmir, nə də ki bileti tapmaq olur. Bunu avtovağzal rəhbəri bilərkədən edir ki, biletin qiymətini süni olaraq qaldırsın. Vətəndaşlar şikayət edəcəyini bildirəndə avtovağzalın məsul şəxsi Sənan müəllim heç kimdən və heç nədən qorxmadığını söyləyir. Buradan belə məlum olur ki, Sənan bəy dövlət avtovağzalını özünün şəxsi mənafeyi üçün işlədir, elə bil dövlət obyektini özəlləşdirib. Dövlət malına, dövlət büdcəsinə külli miqdarda ziyan vurmaqla məşğuldur. Vergidən yayınma halları müşahidə olunur və dövlətə kobud şəkildə ziyan vurur. Sənan bəy dövlət büdcəsinə gedən pulları şəxsi cibinə yönləndirib.
Bir şeyi də nəzərinizə çatdırmaq istəyirik ki, baxmayaraq dövlət rayonlarda avtovağzalları dünya standartlarına uyğun tikilmiş və vətəndaşların tam rahatlığı üçün nəzərdə tutulmuşdur. Amma Göyçay rayon avtovağzalında havaların isti keçməsinə baxmayaraq havalandırma və kondisionet sistemləri quraşdırılmır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə buradan müraciət edərək bildiririk ki, bu məsələ ilə ciddi maraqlanıb belə neqativ halların qarşısını alsınlar. Vətəndaşlar üçün rahat gediş-gəliş üçün şərait yaratsınlar.
Məlumat üçün bir daha vurğulayaq ki, rayon avtovağzallarında kassa xidməti fəaliyyət göstərmir. Dövlət Avtomobil Nəqliyyatı Xidməti həmin avtovağzallarda kassaların olduğunu vurğulayır. Amma sərnişinlərin iddiasına görə, bu günə qədər kassa xidmətini nə müşahidə ediblər, nə də hər hansı bilet satışına rast gəliblər. Ümid edək ki, cavabdeh qurumlar bu məsələnin tam təfərrüatlı araşdırmasına maraq göstərməyə cəhd edəcəklər.
Daha ətraflı sujetimizdə…
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Xeberim.info


Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli