Gündəm, Ölkə
07 iyul 2020
1064

VƏZİFƏ KABİNETDƏ OTURMAQ ÜÇÜN VERİLMƏYİB DEYƏN İCRA BAŞÇISI

VƏZİFƏ KABİNETDƏ OTURMAQ ÜÇÜN VERİLMƏYİB DEYƏN İCRA BAŞÇISI


Bu gün Nəsimi rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərov özü və müavinləri, digər əməkdaşlarla birlikdə rayon ərazisinə səfərbər oldular. Məqsəd hər kəsə məlum olduğu kimi sonu bilinməyən müharibə ilə mübarizəyə davam etmək idi. Rayon başçısı və nümayəndələr rayon ərazisində, küçələrdə eləcə də insanların kütləvi toplaşdığı məkan park və marketlər olduğu üçün Zabitlər Parkına və yaxınlıqda yerləşən marketlərə daxil olaraq, ictimai vəziyyətlədə maraqlandı və maariflənmə işlərinin yəni tibbi maska işlətməmələri, tibbi maska olmadan müştərilərə içəri girməmələri üçün müvafiq tapşırıqlar da verdi. Sonda rayon başçısı bugünki xəstəliklə bağlı statistikanın azalmasını qeyd edərək, ölkə Prezidentinə və birinci xanım Mehriban Əliyevaya təşəkkür etdi və onların rəhbərliyi sayəsində bu bəladan tezliklə qurtulacağımızı əminliklə bildirdi.

Onu da qeyd edək ki, Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərov bir həftə müddətində iki dəfə eyni halı təkrar edir, yəni ki, rayon ərazisinə özü, müavinləri və nümayəndələri ilə birlikdə şəhər ərazisində küçələrdə və parklarda mariflənmə işlərini davam etdirir, bununla bərabər də fəaliyyətinə icazə verilmiş ticarət mərkəzlərinə də daxil olub, onlara da öz tövsiyə və tapşırıqlarını verir. Həmin vaxt bu mənzərəni görən rayon sakinlərinin Halal olsun belə icra başçısına demələrinin də qulaq müsafiri olduq. Rayon başçısı ilə vidalaşdıqdan sonra həmin ərazidə olan sakinlər redaksiyamızın rəhbəri olan Elyaz Gülüyevə yaxınlaşıb, rayon sakini olaraq öz təşəkkürlərini çatdırmalarını xahiş etmişdirlər.
Elə buna görə də biz yenə də fürsətdən istifadə edərək öncə redaksiyamızın rəhbərliyi başda olmaqla, bütün redaksiyamız adından, sonra da rayon sakinlərinin məhəbbətini qazanan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısına və onunla əl-ələ verib biz xalqın sağlamlığı üçün fədakarcasına çalışan müavinlərə, nümayəndələrə və eləcə də digər əməkdaşlara dərin minnətdarlığımızı bildiririk.

VƏZİFƏ KABİNETDƏ OTURMAQ ÜÇÜN VERİLMƏYİB DEYƏN İCRA BAŞÇISI



Təsisçi və baş direktor:. Elyaz Gülüyev.
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli