Gündəm, Siyasət
05 noyabr 2020
987
Prezident: "Azərbaycan demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib"
"Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.
"Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik", - Prezident əlavə edib.
Daha çox xəbər:
İlham Əliyev: "İşğal altında olan digər rayonların işğaldan azad edilməsin ...
SiyasətPrezident: "Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hi ...
Gündəm, SiyasətPrezident: “Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan s ...
Siyasətİlham Əliyev: “Ermənistan sülh istəmir, onlar bizim torpaqları həmişəlik iş ...
Gündəm, Siyasət“Azad edilmiş ərazilərə Azərbaycan bayrağı sancıldı” - Prezident
Gündəm, Siyasət