Gündəm, Cəmiyyət, Ölkə
25 noyabr 2022
5854

HİPOKRAT ANDINA SADİQ OLAN – ƏSL VƏTƏNDAŞ, T.Ü.F.D., DOS., K.Y.FƏRƏCOVA ADINA ELMI-TƏDQİQAT PEDİATRIYA İNSTITUTUNUN DİREKTORU ALLAHVERDİ MUSAYEV

HİPOKRAT ANDINA SADİQ OLAN – ƏSL VƏTƏNDAŞ, T.Ü.F.D., DOS., K.Y.FƏRƏCOVA ADINA ELMI-TƏDQİQAT PEDİATRIYA İNSTITUTUNUN DİREKTORU ALLAHVERDİ MUSAYEV

ŞƏFALI ƏLLƏRİ İLƏ İNSANLARA SEVİNC BƏXŞ EDƏN HƏKİM ALLAHVERDİ MUSAYEV

Bu həyatda insan üçün ən böyük, ən dəyərli sərvət sağlamlıqdır. İnsan sağlamlığının da keşiyində tibb işçiləri durur. Həkim olmaq böyük məsuliyyətdir. Ona görə ki, hər birimiz bu peşənin daşıyıcılarına bizim üçün əziz olan sağlamlığımızı etibar edirik. Həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. İnsanlar elə düşünürlər ki, həkimlər hər halda mütləq onlara kömək edəcəklər, bir iynə və ya başqa bir yardım alaraq mütləq yaxşılaşacaqlar. Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, bəzən xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşsünlər.
Bu gün söhbət açdığımız həkimlərdən biri də məhz ömrünü öz peşəsinə həsr edən, daima insanlara, ələlxüsusda valideynlərə sevinc bəxş edən K.Y. Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru, dosent, cərrah-həkim Allahverdi Musayevdir.
Tibb daim inkişaf edir. Yeni xəstəliklər yeni biliklər tələb edir. Çünki bir həkimin bilik və bacarıqları yalnız təmiz tibb sahəsi ilə məhdudlaşmır. Əsl mütəxəssis də yaxşı psixoloq olmalıdır. Bir insanı səbrlə dinləyə bilmək, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, ümid, inam aşılamaq, təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək bütün bunlar insandan psixoloq olmağı tələb edir. Axı elə insanlar var ki, inadkardırlar, sağlamlıqlarına qulluq etmək istəmirlər, hətta əksər hallarda indkarlıqları ilə vəziyyətlərini daha da pisləşdirirlər, sağalma prosesini ləngidirlər. Allahverdi həkim də məhz həkimlik peşəsi ilə bərabər, həm də deyərdim ki, bir psixoloqdur. Ona üz tutan xəstələrə və onların yaxınlarına elə münasibət bəsləyir ki, sanki onun doğması və əziz bir insanıdır.
Hər kəs həkim ola bilməz. Bu peşəyə yiyələnmək üçün xüsusi bir xarakterə, səbrə, diqqətliliyə, sakitliyə ən əsası xeyirxahlığa sahib olmaq lazımdır, bunlarla yanaşı möhkəmlik, tez qərar qəbul etmək qabiliyyəti, böyük bir məsuliyyət hissi də əsasdır. Allahverdi həkim öz işinə ürəkdən bağlı olan insanlardandır. Peşəsinin vacibliyini, ciddiliyini dərk edən, çətinliklərdən, təhlükələrdən qorxmayan bütün həyatını insanların sağlamlığına həsr etmişdir. Allahverdi Musayev davamlı öyrənməyə və özünü inkişaf etdirməyə davam edən həkimlərdəndir. Həkimləri qəhrəman da adlandırmaq olar. Axı onlar hər gün qəhrəmanlıq edir, insanları, həyatlarını xilas edirlər, elə zamanlar olur ki, özlərini riskə atırlar bir sözlə bütün bəşəriyyətin varlığını uzadırlar. Bunlar hamısı onların əsl böyük əməyidir. Həm də həkimlər sanki yer üzündəki qanadsız mələklərdir. Allahverdi Musayev pasientlərin xəstəliklərinin öhdəsindən gəlmək üçün və həyatlarını xilas etmək üçün böyük fədakarlıqlar göstərir.
İnsan sağlamlığını cəmiyyətin sərvəti adlandıran ümummilli lider Heydər Əliyev 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Həmin gün ulu öndərin həkimlərə ünvanladığı təbrik məktubunda deyilirdi: “… Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz… Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir”. Bu fikirlərdə ulu öndərin milli səhiyyəmizin inkişafına yönələn diqqət və qayğısı, həkimlərimizə olan sevgi və məhəbbəti, bu peşənin müqəddəsliyi, məsuliyyəti açıq şəkildə öz əksini tapmışdır. Və hazırki dövrdə digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir və bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır.
Əziz qəhrəman və hünər sahibi olan həkimimiz Allahverdi Musayev, sizə uzun ömür, can sağlığı və çox məsuliyyətli, bir o qədər də şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Yaxşı ki, varsınız.
P.S. K.Y. Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru, dosent Allahverdi Musayev - Azərbaycan Tibb Universitetində bakalavr təhsili, Türkiyə Respublikası İzmir şəhəri Ege Universitetində isə ixtisas (Uşaq cərrahiyyəsi) təhsili almışdır. Tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev daha öncə Musa Nağıyev adına Təcili Tibbi yardım Xəstəxanası, K.Fərəcova adına ETPİ Uşaq Cərrahiyyəsi, Mərkəzi Neftçilər xəstəxanası, Klinik Tibb Mərkəzinin Uşaq Cərrahiyyəsi şöbəsində həkim-cərrah olaraq çalışmışdır.

Dilşad Əhmədova
Baş redaktor
Geri 1 2 İrəli