Gündəm, Siyasət
26 avqust 2021
1099
Vüqar Əhmədov: Daxili siyasət sahəsində Mehriban xanım Əliyevanın əsas fəaliyyət istiqamətləri
“Azərişıq” ASC sədri Vüqar Əhmədov - Xalqımızın güzəranının, sosial-məişət şəraitinin, dövlətimizin hərtərəfli inkişafı və tərəqqisi üçün tükənməz enerji sərf edən, yorulmaq bilmədən fəaliyyət göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva hər bir azərbaycanlının sonsuz məhəbbətini, dərin hörmətini qazanmışdır.
Azərbaycanın Birinci vitse-prezidenti seçildikdən sonra ilkin olaraq məcburi köçkün və qaçqınlarla görüşərək onların problemləri ilə maraqlanması və bu problemlərin həlli istiqamətində təxirəsalınmaz real addımlar atması onun həssaslığından, insan taleyinə son dərəcə ciddi, humanist münasibətindən irəli gəlirdi.
Dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili, ölkə əhalisinin əlçatan, eyni zamanda keyfiyyətli təhsillə təmin olunması, xalqın sağlamlığı ilə bağlı ən zəruri tədbirlərin həyata keçirilməsi, şəhid ailələrinin, qazilərin, məcburi köçkünlərin, ahılların, irsi qan xəstəliyindən və digər xəstəliklərdən əziyyət çəkən şəxslərin, milli mədəniyyət və incəsənət nümunələrinin öyrənilməsi, bərpası, dünyada təbliği, ekoloji problemlərin həlli istiqamətində addımların atılması, pandemiya zamanı insanlara tibbi və sosial dəstəyin göstərilməsi və sair məsələlər Azərbaycanın birinci xanımının həyata keçirdiyi daxili siyasətin əsas istiqamətlərini təşkil edir.
Azərbaycanın Birinci vitse-prezidenti olmaqla yanaşı, həm də Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESKO-nun xoşməramlı səfiri vəzifələrini uğurla, ləyaqətlə daşıyan Mehriban xanım hər bir millətin gələcəyi üçün xüsusi önəm kəsb edən təhsilə xüsusi dıqqət və qayğı ilə yanaşır. Məhz Mehriban xanımın təşəbbüsü ilə Fond ölkədə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların ən yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq təhsilimizin inkişafı istiqamətində misilsiz xidmətlər göstərmişdir. Qeyd edək ki, 2020-2021-ci tədris ilində məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi tikilmiş və əsaslı şəkildə təmir olunmuşdur ki, bu faktın özü təhsilə verilən yüksək dəyəri bir daha təsdiq edir.
Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində əldə olunan nəticələr Fondun diqqəti çəkən ən böyük uğurlarındandır.
Milli Olimpiya Komitəsinin və icraiyyə Komitəsinin Üzvü, eyni zamanda Azərbaycan Gimnastika Federasiyasının prezidenti olaraq Mehriban xanım Əliyeva Azərbaycanda idman hərəkatının genişlənməsi işinə böyük töhfələr vermişdir. Gimnastika üzrə dünya kuboku yarışlarının, müxtəlif çempionatların, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkili və keçirilməsi məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Dünyanın ayrı-ayrı ölkələrinin idman sahələrinə rəhbərlik edən şəxslər, tanınmış idman mütəxəssisləri Mehriban xanımın bu baxımdan xidmətlərini yüksək dəyərləndirmişlər.
Pandemiya dövründə aztəminatlı ailələrin zəruri ərzaq məhsulları və tibbi ləvazimatlarla təmin olunması Heydər Əliyev fondunun daim diqqət mərkəzində olmuşdur. Bakı, həmçinin regionlarda yerləşən körpələr və uşaq evləri, internat məktəbləri, təqaüdə çıxmış şəxslər COVID-19 infeksiyasına qarşı mübarizə üçün tibbi maskalar, dezinfeksiyaedici maddələr, tibbi maskalar və digər qoruyucu vasitələrlə təmin olunmuşlar.
Ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşan layihələr müstəsna əhəmiyyət kəsb etməkdədir. Qeyd edək ki, 2020-ci ildə elan edilmiş “Nəsimi ili”ndə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi ekoloji durumun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Ümumiyyətlə Xəzər dənizinin ekoloji mühafizəsi tədbirləri, şəhər və rayonlarımızın yaşıllaşdırılması layihələrinin əsas təşəbbüskarı və iştirakçısı Mehriban xanım Əliyevadır.
İstər I, istərsə də II Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olmuş şəhidlərimizin övladları, valideynləri və doğmaları Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun hərtərəfli qayğısı ilə əhatə olunmuşlar.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qırılmaz tellərlə bağlı olduğu vətəninə, xalqına xidmət kimi ali vəzifəni, şərəfli missiyanı böyük uğurla davam etdirməkdədir.
Daha çox xəbər:
Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda baş tutan aksiya İspaniyada ...
Gündəm, SiyasətAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
SiyasətMehriban Əliyeva 12 şəhid hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq v ...
Gündəm, SiyasətPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir h ...
Gündəm, SiyasətMehriban Əliyeva şəhid qardaşının müalicə xərclərini öz üzərinə götürdü — F ...
Cəmiyyət